Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Suriyada qəfil qərar: “Əl Qaida” parçalandı – VİDEO

Suriyada prezident Bəşər Əsəd rejimi ilə yanaşı, İŞİD-ə qarşı vuruşan “Cəbhət ən Nüsra” terror qruplaşması “Əl Qaida” terror şəbəkəsinən ayrılıb.
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, “Cəbhət ən Nüsra”nın lideri Əbu Məhəmməd Culani bu gün keçirdiyi mətbuat konfransında qərarı açıqlayıb.
O, “Cəbhətğ ən Nüsra”nın adının dəyişərək bundan sonra “Feth uş Şam” (“Şamın fəthi”) olduğunu da deyib.
“”Əl Qaida”dan ayrılmaqda məqsədimiz beynəlxalq birliyin Suriyaya və suriyalılara göstərdiyi təzyiqi azaltmaq, xüsusilə də ABŞ və Rusiyanın Suriya xalqını bombalamaq üçün istifadə etdiyi bəhanəni aradan qaldırmaqdır. Bundan sonra heç bir xarici təşkilatla əlaqəsi olmayacaq “Fəth uş Şam” adı altında mübarizəmizə davam edəcəyik”, – Culani deyib.
“Əl Qaida”nın lideri Əyman əz Zəvahirinin yardımçısı Əhməd Həsən Əbul Heyr bu gün yaydığı audiomüraciətdə “Cəbhət ən Nüsra”nın “Əl Qaida”dan ayrılmasını anlayışla qarşıladıığını bəyan edib.
“Cəbhət ən Nüsra” qruplaşmasını “Əl Qaida”nın İraqdakı bölməsinin rəhbərlərindən olan, “Əbu Məhəmməd Culani” kimi tanınan Usama əl Əbsi əl Vahidi 2012-ci ildə Suriyada yaradıb.
Paytaxt Dəməşqdə Hərbi-Hava Qüvvələrinin kazarmalarına hücumla gündəmə gələn “Cəbhət ən Nüsar” Taftanaz aviabazasını ələ keçirəndən sonra Suriyada yerli müxalifətçilərlə əcnəbi terrorçuların ən çoxx axın etdikləri qruplaşmalardan birinə çevrilmişdi.
“Cəbhət ən Nüsra” İŞİD lideri Əbubəkir əl Bağdadiyə “sədaqət andı” içməkdən boyun qaçıraraq “Əl Qaidə” ilə bir olduğunu bəyan etmişdi.
Daha sonra qruplaşma sıralarındakı əcnəbilərin sayını azaldaraq suriyalılara üstünlük verdi və fəaliyyətinin Suriya sərhədləri ilə məhdudlaşacağını vurğuladı. Ötən ilin mart ayında “Cəbhət ən Nüsra” Suriyada 7 müxalifətçi qruplaşmanı birləşdirən “Feth Ordusu” koalisiyasının qurucularından biridir.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Baş Qərargah rəisi öz vəzifəsində qalacaq – ƏRDOĞANIN QƏRARI

%d bloqqer bunu bəyənir: