Advertisements
24 saat

Suriyada azı 70 nəfər həlak olub


 

Suriyada Prezidenti Bashar al-Assad rejiminin güclü olduğu 2 yerdə partlayışlar törədilib, azı 70 nəfər həlak olub.

 

Britaniyada mənzillənən Suriya İnsan Haqları Təşkilatı bildirir ki, mayın 23-də Aralıq dənizi sahilindəki Tartus şəhərində 3 partlayış törədilib. Bu şəhərdə Rusiya donanmasının kiçik obyekti yerləşir.

Burada 60 km şimaldakı Jableh şəhərində isə 4 partlayış baş verib.

Bu partlayışlardan bir neçəsini intiharçı törədib.

Bu iki şəhər 5 ildir davam edən müharibədən nisbətən kənarda qalıb. 2011-ci ilin martından bəri Suriyada 270 min nəfər həlak olub.

 

 

 

 

 

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: