Suriyada 3 türkiyəli əsgər yaralanıb

Türkiyə Silahlı Qüvvələrinin 3 əsgəri Suriyanın şimalındakı hərbi əməliyyatlarda yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.

İŞİD-in nəzarəti olduğu ərazilərdən türk hərbçilərinin olduğu bölgə qumbaraatanlardan atəşə tutulub, digər ərazi isə raketlərdən atəşə tutulub. Nəticədə 3 əsgər yaralanıb, onlardan 1-in vəziyyəti ağır kimi qiymətləndirilir.

Bölgədə əməliyyatlar davam edilir.

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Sonrakı Yazı »

Ritual qətl Tbilisini şoka saldı

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: