Now Reading:
Suriya üzrə elçi Moskvaya gedir
Full Article 30 second read

Suriya üzrə elçi Moskvaya gedir



BMT-nin Suriya üzrə xüsusi elçisi mayın 3-də Moskvaya gedir. Suriyada sülh prosesi, atəşkəs məsələsi müzakirə olunacaq.

Staffan de Mistura Rusiyanın Xarici işlər naziri Sergei Lavrov-la görüşəcək. Qlobal ictimaiyyətin Suriya münaqişəsinin həllindən ötrü atmalı olduğu addımlar, eləcə də atəşkəsin döyüşlər gedən regionlara tətbiqi götür-qoy olunacaq.

Moskva Suriya hökumət və müxalifət qruplarının təmsilçiləri ilə daimi əlaqə saxlayır. Bu baxımdan, sülh danışıqlarını irəlilətmək imkanı var.

Ötən aykı danışıqlar nəticəsiz bitib. Hələb şəhərində ağır döyüşlər davam edir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: