Advertisements
24 saat

Suriya Türkiyənin işğalçı hücumunu pislədi


Suriyanın Xarici İşlər Nazirliyi təcili bəyanatla çıxış edərək, Türkiyəni ölkənin dövlət suverenliyinin və ərazi bütövlüyünün pozulmasında günahlandırıb.

Virtualaz.org xəbər verir ki, bu məlumatı “RİA Novosti” Suriya XİN-ə istinadən yayıb.

Xatırladaq ki, bu gün səhər Türkiyə HHQ koalisiya təyyarələrinin dəstəyi ilə Suriyanın Cerablus şəhərinin İŞİD terorçularından təmizlənməsi əməliyyatına başlayıb. Əməliyyat “Fərat qalxanı” adı altında keçirilir.

O da bildirilirdi ki, Türkiyə tankları Suriyaya daxil olub.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: