Now Reading:
Suriya Ordusu Hələbdə əsas rayonu tutub
Full Article 30 second read

Suriya Ordusu Hələbdə əsas rayonu tutub



Suriya hökümət qüvvələri Hələbin şərqində əsas ərazini ələ keçirib.

Bu ərazi qiyamçıların olduğu əraziləri hissələrə ayırır.

Britaniyada mənzillənın Suriya İnsan Haqları Qrupu və dövlət televiziyası bildirib ki, Saxur rayonu Suriya Ordusunun əlinə keçib.

Suriya Ordusu və onun müttəfiqləri sentyabrda Hələbin geri qaytarılması üçün irimiqyaslı əməliyyata başlayıb.

Həftəsonu ağır döyüşlərdən sonra minlərlə sakinin şəhərin qiyamçıların nəzarət etdiyi ərazini tərk etdiyi deyilir.

Qiyamçıların nəzarətində olan ərazidə 250 min insanın yeməksiz və tibbi yardımsız qaldığı güman edilir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: