Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
aswqaaaa

Suriya münaqişəsi: Əsəd Trump-ın “anti-terror müttəfiqliyinə” ümid edir

Suriya lideri deyib ki, o ABŞ-ın seçilmiş prezidenti, Donald Trump-ın terrorizmlə mübarizədə müttəfiqliyinə ümid edir, lakin hələ də “ehtiyatlılığı saxlayır”.

Bəşər Əl Əsəd deyib ki, cənab Trump kampaniyası zamanı terrorizmə qarşı mübarizə ilə bağlı verdiyi vədi tutsa “təbii müttəfiq” ola bilər.

Lakin deyib ki, cənab Trump-ın “verdiyi vədləri tutacağı şübhəlidir”.

Cənab Trump bir müddət əvvəl demişdi ki, Suriya qüvvələrinə qarşı çıxmaq “dəlilikdir” və Suriya ilə döyüşmək Rusiya ilə döyüşə gətirib çıxara bilər.

2011-ci ildə, Suriyada vətəndaş müharibəsi başlayandan bu günə qədər 300 mindən çox insan həlak olub.

“Çox ehtiyatlı”

Portuqaliyanın RTP, dövlət televiziyasına danışan cənab Əsəd deyib: “Biz onun nə edəcəyi haqqında heç nə deyə bilmərik, lakin əgər.. o, terrorizmlə mübarizəyə başlarsa, əlbəttə biz bu məsələdə Rusiya, İran və digər ölkələrlə təbii müttəfiq olacayıq.”

Cənab Əsəd deyib ki, cənab Trump-ın İD döyüşçülərinə qarşı mübarizəyə fokuslaşan vədi “söz verilmişdi” və əlavə edib: “O bunu edəcək?”

“Administrasiya daxilində olan əks fikirli qüvvələr, ona qarşı olan əsas media haqqında nə demək olar? O, onlarla necə danışacaq? Buna görə də bu bizim üçün hələ də şübhəlidir.. Buna görə də biz onu mühakimə etməkdə ehtiyatlıyıq.”

ABŞ-ın hazırki siyasəti prezident Əsədə qarşı olan qiyamçıları dəstəkməklə İD döyüşçülərinə və digər cihadçılara qarşı mübarizə aparmaqdan ibarətdir.

Bəşər Əsəd:

Cənab Əsəd həmin qrupları terrorçu adlandırır.

Bazar ertəsi respublikaçı John McCain cənab Trump-ın Rusiya ilə əlaqələrini yeniləməsi cəhdini tənqid edərək deyib ki, bu “Suriya xalqının qırğını” bahasına ola bilər.

Müsahibəsində cənab Əsəd ABŞ-ın hazırki siyasətini mühakimə edərək deyib: “Onlar düşünürlər ki, onlar dünyanın polisidir. Onlar düşünür ki, onlar dünyanın hakimidir. Lakin bu, belə deyil.”

O həm də Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ı “xəstə adam” və “şöhrət düşkünü” adlandırıb.

Türkiyə Bəşər Əsədə qarşı olan üsyançılara dəstək vermək üçün Suriyada əməliyyatlar aparır.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Polis prezidentə qarşı üsyana qalxdı: “Səninlə işləməyəcəyik!”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: