Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
107626

“Suriya dəlixanadır və bu dəlixanaya ordu göndərmək olmaz”

Zərdüşt Əlizadə: “Sülhməramlı qüvvələr yalnız vəziyyət tənzimlənəndən sonra Suriyaya daxil ola bilər”

Bu günlərdə Rusiyanın bəzi KİV-də bir sıra MDB ölkələri ilə yanaşı, Azərbaycanın da Rusiyanın öncüllüyü altında Suriyaya sülhməramlı qüvvələr yeridəcəyi il bağlı məlumatlar yer almaqdadır.

Maraqlıdır, Azərbaycan ordusunun Suriyada sülhməramlı əməliyyatlara qatılması ilə bağlı deyilənlər nə dərəcədə həqiqətə uyğundur? Belə bir addım Azərbaycana nə verə bilər?

Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə bu barədə deylənləri ciddi hesab etmədiyini vurğuladı:

“Həm Suriya, həm də beynlxalq aləmdəki vəziyyət buna imkan vermir. Bu, sadəcə nəzəri bir şeydir. Bu ona bənzəyir ki, Rusiya bildirir ki, Marsa kosmik gəmi yollayacaq və bu zaman azərbaycanlı kosmonavtlar da bu gəmi ilə marsa səyahət edəcək. Hələlik Suriya daha çox dəlixanaya bənzəyir, müharibə gedir. Beynəlxalq qüvvələrin iştirakı ilə ölkənin dağıdılması prosesi gedir. Vəziyyəti tənzimləmək üçün heç bir əsas yoxdur. Sülhməramlı qüvvələr yalnız vəziyyət tənzimlənəndən sonra Suriyaya daxil ola bilər.

Indiki halda hər hansı dövlətin ordusunun Suriyaya girməsi o anlam daşıyır ki, həmin dövlət də müharibyə qatılır. Yəni proseslərdə sülhməramlı deyil, münaqişə tərəfi kimi iştirak edir. Odur ki, mən bu barədə deyilənləri ciddi hesab eləmirəm”.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Qoşunlar hazır vəziyyətə gətirildi – Müharibə başlaya bilər

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: