Supermarketlərin bonus fırıldağı


Eyni marketlər şəbəkəsi fərqli kartlarla işləyir

Məlum olduğu kimi, paytaxt və iri şəhərlərdə fəaliyyət göstərən marketlər şəbəkəsinin hər biri müştərilərə bonus kartları təqdim edir, insanları bəlli məbləğdə alış-veriş etdikdən sonra əldə etdikləri bonuslardan faydalana biləcəyinə inandırmağa çalışır. Lakin vətəndaşların böyük əksəriyyətinə bu kartların səfasını görmək nəsib olmur. Belə ki, supermarketlər bonus imkanından istifadə etmək üçün müştərilərdən elə miqdarda xal toplamağı tələb edir ki, bu xalı qazanmaq üçün bir neçə min manat vəsait sərf etmək lazım gəlir.

Bu günlərdə 24saat.org-a supermarketlərin bonus fırıldağı ilə bağlı daha bir ilginc informasiya daxil olub. Etibarlı mənbədən daxil olan məlumata görə, bəzi supermarketlərin müştərilərə təqdim etdiyi bonus kartları eyni şəbəkəyə məxsus digər supermaketlərdə keçərli olmur. Başqa sözlə desək, şəhərin bir başında olan eyni supermarketin verdiyi kart həmin supermarketin şəhərin başqa nöqtəsində olan filialı üçün yararsız hesab edilir. Bu isə müştəriyə alış-veriş etdiyi halda bonus qazanmağa imkan vermir. Adətən bu cür hallarda müştəriyə yeni bonus kartı təklif edilir ki, bu da hər şeyi sıfırdan başlamaq deməkdir.

Mənbənin sözlərinə görə, supermarketlərin bu addımı istehlakçıların kobud şəkildə aldadılması deməkdir ki, bu da əlaqədar qurumlardan mövcud problemə müdaxilə etməyi tələb edir.

24saat.org

Büdcə talançısı Vidadi Zeynalov azadlığa buraxılır – PİAR ELDAR MAHMUDOVDAN GƏLİR

Sonrakı Yazı »

Biləsuvarda şəhidlərə hörmətsizlik – Foto

%d bloqqer bunu bəyənir: