Loading...
Loading...

“Süni qiymət artıranlara qarşı mübarizə aparılacaq” – Abbas Əliyev

İyulun 30-dan respublikamızda çörəyin qiymətinin artacağı deyilir. Qiymət artımı ilə yanaşı, çörəyin çəkisinin də nisbətən artırılacağı gözlənilir.

Qiymət artımının isə devalvasiya və elektrik enerjisinin bahalaşması ilə bağlı olduğu bildirilir.

İqtisadçı Afiq Ağaquliyev İnterAz-a açıqlamasında deyib ki, çörəyin qiymətininin qalxması baş verəcək: “Çörəyin qiyməti ilə yanaşı çəkisi də artacaq. Qiymət fərqi 0.1 azn təşkil edəcək. Amma unun qiyməti dəyişməz olaraq qalacaq. Digər yeyinti məhsullarının qiymətində dəyişiklilər sentyabr ayından müşahidə olunacaq. Ümumiyyətlə un məmulatlarının qiyməti sabahkı tarixdən artımı müşahidə olunacaq. İstehsalatında elektrik enerjisi sərf olunan məhsullar qiymətini qısa bir müddətdə dəyişəcək. Bu isə qida məhsullarının 60% ni təşkil edir. Çox güman ki, vergi şərtlərində də dəyişikliklər olacaq. Onu da xüsisilə diqqətinizə çatdırım ki, avqust-sentyabr ayları iqtisadiyyat bazarının ən qalmaqallı ayları kimi yadda qalacaq”.

“Çörək əvvəlki qiymətə, yəni 40 qəpiyə satılır”

Bakıxanov Çörək Zavodunun istihsalat şöbəsinin rəisi Elman Məmmədov açıqlamasında bildirib ki, çörəyin qiymətinin artması ilə bağlı onlara İqtisadiyyat Nazirliyi tərəfindən heç bir məlumat daxil olmayıb. Buna görə də çörək əvvəlki qiymətə, yəni 40 qəpiyə satılır.

“Süni qiymət artıranlara qarşı mübarizə aparılacaq”

İqtisadiyyat nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev mətbuata açıqlamasında çörəyin qiymətinin artmadığını, süni qiymət artıranlara qarşı mübarizə aparılacağını vurğulayıb.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Norveç neft şirkəti Bakıda yeni emalatxana və ofis açdı

Loading...
%d bloqqer bunu bəyənir: