Süni balıq göllərinin taleyi necə olacaq? – VİDEO


Balıq yetişdirmək üçün yaradılan süni göllərdən bir çoxu bağlanılacaq. Araşdırmalar zamanı sayıları gündən-gündən artan süni göllərin torpağın münbit qatına ziyan verdiyi aşkarlanlıb. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov torpağın bərpası üçün bunun vacib hesab edildiyini açıqlayıb.

Bu ilin sonuna kimi Salyan, Neftçala, Saatlı və digər rayonların ərazisində yaradılan süni balıq göllərinin əksəriyyəti ləğv olunacaq.

Balıq vətəgələri münbit torpaqları yararsız hala saldığından bu addım atılıb. Ekalogiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırovun sözlərinə görə vaxtilə pambıq və üzümçülük sahələri indi süni göllərə çevrilib. Bu isə hər ötən gün torpağı bir az daha əkinə yararsız hala salır.

Yalnız xüsusi texnologiyalardan istifadə edildiyi halda süni göllərin yaradılmasına icazə veriləcək. Bu isə sahibkara baha başa gəldiyindən çoxunun bu sahədən uzaqlaşacağı ehtimal edilir. Bunun balıq istehsalına mənfi təsir edəcəyini idda edən sahibkarlar süni göllərin torpağa mənfi təsir etmədiyi qənaətindədirlər.

Hazırda isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi rayon İcra Hakimiyyətləri ilə birgə, torpağın yararlılıq qabiliyyətini aşağı salan bütün göllərin aşkarlanması üçün araşdırmalara başlayıb.

xezerxeber.com

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Azərbaycanda 22 yaşlı qız əməliyyatdan sonra öldü

%d bloqqer bunu bəyənir: