Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
63146

Sumqayıtda yanğın olub, 3 nəfər tüstüdən zəhərlənib, 12 nəfər təxliyə olunub

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan kafenin mətbəxinin yanar konstruksiyaları 50 m2 sahədə yanmışdır. Yüksək temperaturdan bitişik tikilmiş sahəsi 200 m2 olan kafenin tavanı 25 m2 sahədə ərimişdir.

Yanğın zamanı yaşayış binasından 12 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunmuş və 3 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım xidmətinə təhvil verilmişdir. Hər iki kafenin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonunda vətəndaşa məxsus ümumi sahəsi 338 m2 olan meyvə-tərəvəz satışı mağazasının dam örtüyünün yanar konstruksiyaları 180 m2 sahədə yanmışdır. Mağazanın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Xəstə müəllimin evini soydular – VİDEO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: