Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Sumqayıtda sahibkarın yandırılan obyektindən yeni xəbər – BÜROKRATİK ƏNGƏL DAVAM ETDİRİLİR

Bir müddət əvvəl, Sumqayıt şəhərində baş vermiş müəmmalı yanğınla bağlı ölkə mətbuatında kifayət qədər maraqlı məqalələr dərc olunmuşdu.

Həmin məqalədə bildirilirdi ki, yanğın törədilmiş ərazidə Sumqayıt şəhər icra hakimiyyəti memarlıq və tikinti şöbəsinin müdiri Hüseynov Fəzail Ağalar oğlu bu əraziyə qanunsuz olaraq müdaxilə edib: “Bütün hüquqi sənədlərlə şəxsi mülkiyyət olan obyektin boşaldılması tələb olunub və bu binada hansısa şəhər qurumu yerləşdirilib. İş adamının mülkiyyət hüququnun tanımayan F.Hüseynov hətta obyektin sahibini belə əraziyə buraxmamaq barədə göstəriş verərək ərazidə qanunsuz polis postu yerləşdirib”.
Məlumatdan aydın olurdu ki, artıq neçə gün imiş ki, obyekt qeyri-qanuni olaraq iş adamının əlindən alınıbmış və faktiki olaraq yanğın baş verən vaxt ərazi üzərində şəhər icra hakimiyyətinin rəsmisi Fəzail Hüseynovun qanunsuz nəzarəti var imiş.

BUNU DA OXUYUN – Sumqayıtda müəmmalı yanğında məmur izi: Fəzail Hüseynov obyektə necə əl qoyub?

Məsələ ilə bağlı 24saat.org saytının əldə etdiyi məlumatda bildirilir ki, mətbuatın məsələni işıqlandırmasından sonra sahibkara məsxus ərazi qanunsuz olaraq təyin edilmiş mühafizə polisinin əməkdaşları ərazidən geri çağırılıb. Lakin sahibkara onun obyekti tam olaraq təhvil verilməyib.

24saat.org saytının özəl mənbələrdən əldə etdiyi məlumata görə, həmin ərazidə hansısa nəqliyyat müəssisəsi yaratmağı planlaşdıran Sumqayıt şəhər İH-nın əməkdaşları bü günlər ərzində sahibkarın başçı Zakir Fərəcovla görüşməsinə bürokratik əngəllər yaradıb.

Bu isə öz növbəsində süni şəkildə yaradılmış problemin birdəfəlik həllinə maneə törədir.

Mövzuya qayıdacağıq.

24saat.org

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

“Rusiyanın Ermənistana satdığı silaharın çoxu metallomdur”

%d bloqqer bunu bəyənir: