Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Sumqayıtda müəmmalı yanğında məmur izi: Fəzail Hüseynov obyektə necə əl qoyub?

İki gün öncə Sumqayıtda yanğın hadisəsi qeydə alınıb. Bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yer alan xəbərə görə, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 400 kv.m olan tibbi spirt istehsalı sexinin dam örtüyünün yanar konstruksiyaları, içərisində 3 boş 1 dolu olan 6 kub.m spirt çəni, 3 ədəd spirt istehsalı dəzgahı və tibbi ləvazimatlar yanıb. Baş vermiş yanğın hadisəsi ilə bağlı cumhuriyyet.az-a ilginc məlumatlar daxil olub.
Yanmış obyekt haqda şəhərdəki mənbələrdən saytımıza daxil olan məlumata görə, artıq 20 günə yaxın imiş ki, bu yer ətrafında böyük qalmaqal yaranmış imiş. Belə ki, adını dəqiqləşdirə bilmədiyimiz iş adamının burdakı fəaliyyətinə Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul işçiləri tərəfindən açıq şəkildə müdaxlə olunub. Cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə Sumqayıt şəhər icra hakimiyyəti memarlıq və tikinti şöbəsinin müdiri Hüseynov Fəzail Ağalar oğlu bu əraziyə qanunsuz olaraq müdaxilə edib: “Bütün hüquqi sənədlərlə şəxsi mülkiyyət olan obyektin boşaldılması tələb olunub və bu binada hansısa şəhər qurumu yerləşdirilib. İş adamının mülkiyyət hüququnun tanımayan F.Hüseynov hətta obyektin sahibini belə əraziyə buraxmamaq barədə göstəriş verərək ərazidə qanunsuz polis postu yerləşdirib”.
Bir sözlə, cumhuriyyet.az-a daxil olan məlumatdan belə aydın olur ki, artıq neçə gün imiş ki, obyekt qeyri-qanuni olaraq iş adamının əlindən alınıbmış və faktiki olaraq yanğın baş verən vaxt ərazi üzərində şəhər icra hakimiyyətinin rəsmisi Fəzail Hüseynovun qanunsuz nəzarəti var imiş.

Yeri gəlmişkən, olayın bu təfərrüatları bəlli olduqdan sonra ələ keçirilməsi istənilən obyektdə yanğın baş verməsi də müəyyən suallar yaradır. Çünki, buna qədər hansısa məkanın ələ keçirilməsi üçün süni yanğınlar düzəldilməsi hallarına rast gəlinib və bu olayların əksərində icra hakimiyyətlərinin adları hallanıb.

Məsələ ilə bağlı hər iki tərəfin mövqeyini öyrənərək, mövzunu davam etdirəcəyik…

24saat.org

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Cavid Qurbanovla Binəli Yıldırım görüşünün ZİYA MƏMMƏDOV GİZLİNİ

%d bloqqer bunu bəyənir: