Sumqayıtda dəhşətli qəza FOTO


Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

Yol qəzası avqustun 30-da saat 22:20 radələrində Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 43-cü kilometrliyində, H.Z.Tağıyev qəsəbəsində baş verib.

Belə ki, “Volkswagen Passat” markalı “99-DZ-632” dövlət nömrə nişanlı avtomobil “Lada 110” markalı “60-BS-663” dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə vaxtı hər avtomobildə 3 nəfər olub. Qəza nəticəsində avtomobillərdə olan 6 nəfərin hamısının həlak olduğu bildirilir. Hadisə yerində 3 təcili tibbi yardım briqadası gəlib.

Hadisəyə səbəb kimi “Volkswagen Passat”ın Qubadan Bakı istiqamətində hərəkət edən “Lada 110” markalı avtomobilin yoluna çıxması göstərilir.

Faktla bağlı araşdırma aparılır. (trend)

Paylaş:

Əliyev, Ərdoğan və Putinin sinxron hərəkətinin sirri:“ABŞ BU 3 ÖLKƏDƏ HAKİMİYYƏTİ DƏYİŞMƏK İSTƏYİR” – TƏHLİL

Sonrakı Yazı »

Bakıda gənclərin həyat dramı: sevgilisini dayısı apardı və…

%d bloqqer bunu bəyənir: