Advertisements
24 saat

Sumqayıtda binada yanğın: 1 nəfər zəhərləndi, 10 nəfər təxliyə olundu


Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

24saat.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, şəhərin çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Yanğınsöndürənlər tərəfindən binadan 10 nəfər sakin təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 02:10-da söndürülüb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: