Advertisements
24 saat

Sumqayıtda 3 yaşlı Arzunun ölümü ört-basdır edilib? – ATA SİRLƏRİ AÇIR


Bir müddət əvvəl verdiyimiz xəbərə görə 3 yaşlı Arzu Qurbanlı iyunun 30-da Sumqayıt şəhərindəki “Real” Tibb Mərkəzinin cərrahı İlham Ağayev tərəfindən boğaz və burun əməliyyatı olunduqdan sonra dünyasını dəyişib. Valideynləri uşağa anestozoloq İsmayıl həkim tərəfindən narkozun çox verildiyini bildirsədə həkim bu deyilənləri təkzib etmiş, baş verən xoşagəlməz hadisənin araşdırılması üçün nəticələr ekspertizaya göndərilmişdi. Arzu Qurbanlının atası Sənan Qurbanlının criminal.az-a verdiyi məlumata görə, iyul ayının 29-da ekspertiza öz rəyin açıqlayıb.
Nəticələrə görə uşaq boğulmadan dünyasını dəyişmiş kimi göstərilsədə, ekspertiza işçiləri prokurorluq tərəfindən dindirildikdə bəzi suallardan yayınıblar. Əlavə olaraq sonradan bəlli olub ki, xəstəxanadan göndərilən nəticələr arasında uyğunsuzluq var.
Uşağa verilən narkoz (Kalipsol) 100 mq olduğu halda, ağardıcı ilə dəyişdirilib və 50 mq yazılıb. Bu uyğunsuzluğun sonradan aşkar olunduğunu təstiq ediblər və ekspertiza sədri Ədalət müəllim uşağın ölümü haqqında verilən rəyin geri qaytarılaraq yenidən araşdırılmasını əmr edib.

Arzu Qurbanlını əməliyyat edən “Real” Tibb Mərkəzinin cərrahı İlham Ağayev “Bizim Yol”-a bildirib ki, bütün suallara araşdırmanın nəticəsində cavab veriləcək: “Mən də cavabı gözləyirəm”.

3 yaşlı Arzunun ölümü necə ört-basdır edilib? - ATA SİRLƏRİ AÇIR
3 yaşlı Arzunun ölümü necə ört-basdır edilib? - ATA SİRLƏRİ AÇIR
3 yaşlı Arzunun ölümü necə ört-basdır edilib? - ATA SİRLƏRİ AÇIR
3 yaşlı Arzunun ölümü necə ört-basdır edilib? - ATA SİRLƏRİ AÇIR
3 yaşlı Arzunun ölümü necə ört-basdır edilib? - ATA SİRLƏRİ AÇIR

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: