Loading...
Loading...

Sumqayıt şefi 3 kəndə bu izahla əl qoyub – ŞOK

Zakir Fərəcovun bulvar layihəsi Xaləddin İsgəndərovun da “başını yedi”

Bu günlərdə Abşeron rayonunun tabeçiliyindəki üç kəndin – Novxanı, Coradil və Fatmai kəndlərinin Sumqayıt şəhərinin tabeliyinə verilməsi ilə bağlı qeyri-rəsmi məlumatlar dolaşmaqdadır.
Məsələ ilə bağlı 24saat.org-a maraqlı informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, söhbət kəndlərin deyil, bu kəndlərin bağ massivinin – dənizkənari ərazisinin Sumqayıta birləşdirilməsindən gedir ki, bu ideya da Z.Fərəcov tərəfindən irəli sürülüb.

Belə ki, Sumqayıtda nəhəng bulvar layihəsi başladan Z.Fərəcov Prezident Administrasiyasını (PA) Novxanı, Coradil, Fatmai çimərliklərinin də bu layihədə birləşdirilməsinin vacibliyinə inandıra bilib. Icra başçısı iddia edib ki, bu kəndlərin dənizkənari ərazisində çimmək üçün yasaqlanan ərazilərdə parkların salınması məqsədəuyğundur və bu, çimərlik ərazilərə bitişik “gərəksiz ərazi” anlayışını da ortadan qaldırar. Çimərliklərə gəlincə, icra başçısı bu çimərliklərdə “ümumi nizam-intizam” yaratmaq, qamış və taxtadan ibarət tikililərin yerində daha müasir obyektlərin inşasının həyata keçirilməsi baxımından da bu ərazilərin Sumqayıt şəhərinin tabeçiliyinə verilməsinin vacibliyini vurğulayıb.
Z.Fərəcov iddia edib ki, bu çimərliklərin Sumqayıtın sərəncamına verilməsi bulvar layihəsini analoqu olmayan proyektə çevirə bilər ki, bu, yalnız Azərbaycanda deyil, bütün dünyada nadir rast gəlinən təkrarsız layihələrdən biri ola bilər.
Mənbənin sözlərinə görə, Z.Fərəcovun ortaya qoyduğu arqument və ideya PA tərəfindən də məmnunluqla qarşılanıb və icra başçısına bunun üçün gərəkli olan bütün şəraitin yaradılacağı bildirilib.

24saat.org

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Dövlətin mediaya ayırdığı vəsait media üçün təhqirdir”

%d bloqqer bunu bəyənir: