Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Sumqayıt polisi Binəqədi icra başçısının müavinini təhqiramiz şəkildə həbs edib – TƏFƏRRÜAT

 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun göstərişi ilə şəhərin Novxanı çimərliyi iqtiqamətindəki girişində quraşdırılan “Sumqayıt” lövhəsinin Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tərəfindən ciddi narazılıqla qarşılandığından bəhs etmişik.

(http://24saat.news/sumqayit-polisi-bin%C9%99q%C9%99di-icra-hakiminin-muavinini-saxlayib-g%C9%99rginlik/ ).

Vurğulamışıq ki, X.İsgəndərovun göstərişi ilə “Sumqayıt” lövhəsinin traktor vasitəsi ilə uçurulması Z.Fərəcovun qəzəbinə səbəb olub və nəticədə əraziyə gələn Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları hadisə yerində olan BRİH-nin I müavini İlqar Süleymanovu saxlayıb.

Məlum olayla bağlı 24saat.org-a məlumat verən özəl mənbə baş verən qarşıdurma ilə bağlı redaksiyamıza əlavə informasiyalar verib. Mənbənin sözlərinə görə, Sumqayıt polisi İ.Süleymanovu post-patrul əməkdaşlaırnın istifadə etdiyi “katalaşka”da, saxlanılan şəxslər üçün nəzərdə tutulan arxa oturacaqda aparıb. Onunla cinayətkar kimi rəfdar edilməsi və arxaya mindirilməsi İ.Süleymanov tərəfindən ciddi etiraz doğursa da, bu, polis əmədkaşlarının qərarına təsir göstərməyib.

Hadisə ilə bağlı digər bir məqam isə I müavinin saxlanıldığını görən “Sumqayıt” lövhəsini uçuran traktorçunun ağır texnikanı yolun ortasında qoyaraq qaçmağa cəhd göstərməsi olub. Lakin  polis əməkdaşları traktorçunun qaçmasına imkan verməib. Polis əmədkaşlarının müşayiəti ilə geri qaytarılan tarktorçu öncə texnikanı yol ortasından götürüb. Daha sonra traktorçu I müavin İ.Süleymanovun otuzdurulduğu “katalaşka”ya mindirilib və Sumqayıt istiqamətində yol alıb.

Xatırladaq ki, Binəqədi rayon icra hakimiyyətinin ikinci siması gecə də daxil olmaqla 1 sutkaya yaxın Sumqayıt polisində saxlanılıb.

Mənbənin sözlərinə görə, İ.Süleymanov polis nəzarətindən buraxılsa da, traktorçunun azad edilib-edilmədiyi ilə bağlı dəqiq məlumat yoxdur.

Məlumat üçün bildirək ki, hadisə zamanı İ.Süleymanovun sərəncamında olan minik avtomobili də cərimə meydançasına aparılıb.

24saat.org

Buna da baxın – Binəqədi Sumqayıt qarşıdurmasından GÖRÜNTÜLƏR

 

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Kəmaləddin Heydərovun adamlarının sahibkardan rüşvət tələbi – VİDEOLAR

%d bloqqer bunu bəyənir: