Loading...
Loading...
zakirferecov

Sumqayıt bulvarında “fəhlə qiyamı”

Yüzlərlə insan Zakir Fərəcovdan əmək haqqı tələb edir

Hazırda Sumqayıt bulvarında yüzlərlə fəhlə aylardır ki, ala bilmədikləri əmək haqqına görə etiraz aksiyası keçirir. Bu barədə 24saat.org-u özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, aylardır ki, əmək haqqı ala bilməyən fəhlələrin pulu Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən müxtəlif bəhanələrlə yubadılıb. Sonuncu dəfə isə fəhlələrə bildirilib ki, onların əmək haqları prezidentin Sumqayıt səfərindən sonra tam şəkildə ödəniləcək. Bu səbəbdən də fəhlələr ölkə başçısının Sumqayıt bulvarının açılışında iştirakını səbirsizliklə gözləsələr də, prezidentin Sumqayıt səfərindən sonra da onların əmək haqqısı verilməyib. Əmək haqqı tələblərinin qulaqardına vurulduğunu görən fəhlələr etiraz aksiyası keçirməyə qərar verib.
Onu da xatırladaq ki, Sumqayıt bulvarının tikintisində mühüm pay sahibi olan Müqayis Verdiyevin həbs edilməsi və bu həbsin arxasında Z.Fərəcovun dayanması ilə bağlı bəzi saytlarda konkret informasiyalar yer alıb. Çox böyük ehtimalla məhz bu həbs fəhlələrin əmək haqqı almaq ümidini əhəmiyyətli dərəcədə azaldan amillərdən biri olub. Prezidentin Sumqayıt səfərindən sonra isə icra hakimiyyətinin bulvar məsələsini xətm olunmuş hesab etməsi fəhlələrin səbrini daşıran son damla olub.

P.S,Mövzunu diqqətdə saxlayacağıq.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Erməni aktivist Bakıya gəldi – QONAĞAM DEYİR

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: