Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Sudan prezidenti də Fətullah Gülənə bağlı məktəbləri bağladı

Sudan hökuməti Türkiyədə dövlət çevrilişi cəhdindən sonra Fətullah Gülənə bağlı təhsil müəssisələrini bağlamaq haqqında qərar qəbul edib.

RİA Novosti xəbər verir ki, bunu Türkiyənin Xartumdakı səfiri Camaləddin Ayhan ölkəsində baş vermiş son hadisələrin müzakirəsinə həsr olunmuş forumda bildirib.

“Sudan prezidenti ölkəsində Gülənə bağlı bütün məktəblərin bağlanmasına qərar verib”, – deyə səfir vurğulayıb.

C.Ayhan əlavə edib ki, rəsmi Ankara yaranmış vəziyyətlə bağlı Xartumun həmrəyliyini qiymətləndirir: “Sudan prezidenti Ömər əl-Bəşir hadisənin ertəsi günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana şəxsən zəng vurmuş azsaylı dövlət başçılarından biri idi”.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Yer altında müharibəyə hazır 8000 əsgər: Gizli ordu

%d bloqqer bunu bəyənir: