Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Sübut və dəlil yoxdur – Obama

Hazırda terrorçunun xaricdən idarə edilməsi ilə bağlı əlimizdə sübut yoxdur. Onun həqiqətən də İŞİD tərəfindən göndərilməsi məlum deyil.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Barak Obama Orlando şəhərində gecə klubunda törədilən terror aktı ilə bağlı çıxışında deyib.

“Terrorçunun internetdə yayımlanan radikal videogörüntülərdən təsirləndiyi məlumdur. Bütün faktlar hazırda araşdırılır. Qatilin nə üçün belə qərar verməsini öyrənəcəyik. Onun xaricdən idarə edilməsi ilə bağlı sübutumuz yoxdur”, – Obama bildirib.

Xatırladaq ki, Ömər Martin adlı İŞİD üzvünün Orlando şəhərində “Pulse” gecə klubuna silahlı hücum etməsi nəticəsində, 50 nəfər ölüb, 53 nəfər isə yaralanıb.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Qəzzafinin on milyonluq xəncəri İstanbulda tapıldı

%d bloqqer bunu bəyənir: