Loading...
Loading...

Stressdən qoruyan qidalar

Hər bir insanın az və ya çox stressi olur. Onunla mübarizə aparmağın bir çox yolları vardır. Onlardan biri də qidalanmağımızdır.

24saat.org deyerler.org-a istinadən bildirir ki, bəzi qidalar vardır ki, stressi azaldır və əsəbləri sakitləşdirir. Bu qidaları tanıyaq.

1. Karbohidratlar. Bütün karbohidratların sayəsində beyində serotonin maddəsi daha çox ifraz olunar. Karbohidratlara un məhsulları, şirniyyat məhsulları daxildir.

2. İspanaq. Qanda maqnezium aşağı düşən kimi, baş ağrısına və yorğunluğa səbəb olur. Bu da sterssin nişanələrindəndir. Ispanaq maqnezium çatışmamazlığını aradan qaldıra bilir.

3. Balıq. Stressi kontrol etməyin ən yaxşı yolu – balıq yeməkdir. Balıqda olan Omeqa-3 maddəsi stressin qarşısını ala bilir. Eyni zamanda ürək xəstəlikləri üçün də faydalıdır.

4. Çay. Çay içmək insanı sakitləşdirər. Bura yaşıl və qara çay daxildir.

5. Püstə. Püstə, qoz, badam xolesterini aşağı salar, ürək-damar xəstəlikləri riskini azaldar, diabetin qarşısını alar və sizi stressdən qoruyar.

6. Avakado. Yüksək qan təzyiqini aşağı salmağın ən yaxşı yolu – kifayət qədər kalium qəbul etməkdir. Avakadonun yarısında olan kalium bir bananda olandan daha çoxdur.

7. Xam tərəvəz. Tərəvəzi xam şəkildə yemək stressi azaldar. Kərəviz, kök bu tərəvəzlərdən hesab olunur.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Bunlar sizin mobil telefonunuzda yaşayır – FOTO

Loading...
%d bloqqer bunu bəyənir: