Loading...
Loading...

STP QHT-lərlə bağlı təkliflər paketi hazırlayacaq

İyulun 2-də Sivil Toplum Platforması (STP) növbəti toplantısını keçirib.

Platforma üzvləri qurumun iyunun 28-də keçirdiyi “Azərbaycanda QHT-lərin hazırki durumu və problemlərdən çıxış yolları” mövzusundakı tədbirinin yekunlarını müzakirə ediblər. Çıxışçılar tədbirlə bağlı fikirlərini bölüşüblər.
İclasın gündəliyindəki ikinci məsələ Platformanın Əsasnaməsinə əlavə və dəyişikliklərlə bağlı olub. Platforma üzvü Akif Qurbanovun hazırladığı sənəd ətrafnda müzakirələr aparılıb və əsasnamənin qəbulu növbəti iclasa saxlanılıb.
Cari məsələlərdə QHT haqqında qanuna dəyişiklillərlə bağlı təkliflər paketinin hazırlanması qərara alınıb.
Açıq Hökumət Platforması ilə bağlı məsələ də müzakirə olunub. Bildirilib ki, Açıq Hökumət Tərəfdaşlığı beynəlxalq platforması şəffaflığın artırılması, vətəndaşların hüquqlarının genişləndirilməsi, korrupsiya ilə mübarizə sahəsində milli hökumətlərin üzərinə mühüm öhdəliklər qoyur. Bu baxımdan vətəndaş cəmiyyəti olaraq platformanın yaratdığı imkanlardan faydalanmağın zəruriliyi vurğulanıb. Eyni zamanda qərara alınıb ki, Azərbaycanda Açıq Hökumət Tərəfdaşlığı təşəbbüslərinin dəstəklənməsi, vətəndaş cəmiyyətinin bu istiqamətdə səylərinin artırılmasıməqsədilə STP adından ictimaiyyətə müraciət olunsun.
STP üzvü, vəkil Əsabəli Mustafayevə təzyiqlərlərdən narahatlıq bildirilib və bu məsələnin diqqətdə saxlanması qərara alınıb.

24saat.org
Loading...

Cahangir Hacıyevdən ictimaiyyətə sensasion müraciət

Sonrakı Yazı »

Ermənilər Fuad Abbasovu təhdid edir

%d bloqqer bunu bəyənir: