Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Stiven Hokinqi hədələyən qız həbs edildi

Böyük Britaniyalı alim Stiven Hokinqi ölümlə hədələyən gənc qız həbs edilib. ANS PRESS-in məlumatına görə, ABŞ vətəndaşı olan Cenni Kontonioya 4 ay həbs cəzası verilib.

74 yaşlı alimə sevgi mesajları yazan Kontonio buna qarşılıq ala bilməyəndən sonra Hokinqi ölümlə hədələyib. “Ya mənim olacaqdı, yada onu öldürəcəkdim” deyən qız verdiyi ifadədə alimi bir il əvvəl İsveçdə gördüyünü bildirib.

Daha sonra İspaniyada keçirilən elm festivalında Hokinqin diqqətini çəkməyi bacarmayan Kontonionun sevgisi nifrətə çevrilib.

Bunu bir xəstəlik halına çevirən gənc qız əvvəl alimi başdan çıxarmaq üçün əlindən gələni edib. Hokinqin həddindən artıq cazibədar olduğunu bildirən Kontonio onu əldə edə bilmədikdən sonra ölüm hədə-qorxularına başlayıb.

Hokinqin qızı Lusi atasına sosial mediyada “Sənə yaxınam və səni öldürə bilərəm”,- deyə gələn mesajları gördükdən sonra polisə müraciət edib.

Həbs edilən Kontonioya Hokinqin evinə 500 metr yaxınlaşmaq və 8 ay ərzində alimə sosial şəbəkədə hər hansı bir mesaj yazmaq qadağan edilib.

 

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Bağdadda törədilmiş terror aktında ölənlərin sayı 290 nəfərə çatıb

%d bloqqer bunu bəyənir: