Ştaynmayer Ermənistana səfər edəcək


ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer 29-30 iyun tarixlərində Ermənistana səfər edəcək.

Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ştaynmayer iyunun 29-u axşam erməni həmkarı Edvard Nalbandyanla danışıqlar aparacaq, Ermənistan prezidenti Serj Sarqsyanla görüşəcək. Qeyd olunur ki, nazirin görüşlərində əsas mövzu Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun himayəsi altında nizamlanması məsələsi olacaq.

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

Dövlət Departamenti: “ABŞ Qarabağ məsələsinin həlli üçün əlindən gələni edir”

%d bloqqer bunu bəyənir: