Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Statoil” Türkiyədə qaz ehtiyatları aşkarlayıb

Norveçin “Statoil” şirkətinin baş direktoru (CEO) Eldar Setre Türkiyənin Trakya bölgəsində təbii qaz ehtiyatlarının tapıldığını və araşdırmaların nəticələrinin etibarlı olduğunu bildirib.

“Bloomberg” agentliyinin verdiyi xəbərə görə, E.Setre Norveçin Stavanger şəhərində keçirilən Beynəlxalq Enerji Konfransında (ONS) “Anadolu” agentliyinə verdiyi müsahibəsində qeyd edib ki, bölgədəki ehtiyatlar nəinki “Statoil”, həmçinin Türkiyənin mənafelərinə xidmət edəcək.

“Statoil”un rəhbəri qeyd edib ki, Trakya bölgəsində kanadalı ortaqları – “Valeura” şirkəti ilə çalışmalar davam etdirilir. O, Trakyanın Tekirdağ rayonunda yerləşən “Banarlı” qaz sahəsində kəşfiyyat işlərinin davam etdirildiyini vurğulayıb. E.Setre bölgədə iki böyük quyuda qazma işləri ilə yanaşı, 3D seysmik kəşfiyyat işlərinin aparıldığını xatırladıb.

Perspektiv strukturda aparılan kəşfiyyat işləri 540 kv. km sahəni əhatə edir. “Valeura” ilə “Statoil” bu ilin mayın 16-da Trakyada qaz ehtiyatları kəşfiyyatına başlamaq məqsədi ilə iki bölgə üçün lisenziya alıb və buradakı quyulardan birində gələn ilin əvvəllinə qədər qaz hasil olunacağını bəyan edib.

(report)

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb

%d bloqqer bunu bəyənir: