Statistika Komitəsi 6 min, prezident isə 90 min deyir


Prezidentin son 6 ayda 90 min yeni iş yeri yaradılması haqda açıqlamasının ardınca Dövlət Statistika Komitəsi iqtisadiyyatda muzdla çalışan işçilərin sayı barədə son məlumatları ictimaiyyətlə bölüşüb.

«Turan» agentliyi ölkə başçısının açıqlamasında ifadə olunan rəqəmlərlə komitənin bilgiləri arasında ciddi fərqlərin olduğunu yazır.

Komitənin məlumatına görə, yanvarın 1-dən iyunun 1-dək «maaşdan-maaşa» işləyənlərin sayı 5.9 min nəfər artıb.

Bazar günü İlham Əliyevin açıqladığı rəqəm DSK-nın göstəricisindən 13 dəfə artıqdır.

DSK-nın məlumatına görə, 2016-cı il iyunun 1-i üçün ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1501.7 min nəfər olub. Onlardan 891.3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda çalışır. 5 ayda dövlət sektorunda 13.9 min nəfər işə qəbul edilib.

Ancaq həmin dövrdə özəl sektorda 8 min nəfər iş yerini itirib.

Nazirlər Kabinetinin iyulun 10-da keçirilən iclasında prezident İlham Əliyev deyib ki, 6 ayda 90 min yeni iş yeri açılıb. Ölkə başçısı həmin iş yerlərindən 78 mininin daimi olduğunu qeyd edib. Prezident həmçinin, deyilən dövrdə 26 min iş yerinin bağlandığını bildirmişdi.

azadliqRadiosu

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

“Dərsliklər dərindən təhlil olunsa, dəhşətli qüsurlarla rastlaşarıq”

%d bloqqer bunu bəyənir: