“S&P” növbəti iki il üçün neftin proznoq qiymətlərini açıqlayıb

Gələn il dünya bazarında “Brent” markalı neftin orta qiyməti 45 dollar/barel, 2018-ci ildə isə 50 dollar/barel olacaq. Bunu “S&P Global Ratings” beynəlxalq reytinq şirkətinin müstəqil reytinqlər üzrə direktoru Ravi Bhatiya bildirib.

Onun sözlərinə görə, Rusiya büdcəsində növbəti 3 il ərzində neftin orta qiyməti 40 dollar/barel götürüldüyündən, büdcəni konservativ hesab etmək olar. O, Rusiyanın müstəqil kredit reytinqinin ancaq neft qiymətlərinin kəskin artması və ya sanksiyaların ləğv edilməsi halında yüksələ biləcəyini bildirib. Lakin Bhatiya bunu gözləmədiyini əlavə edib.

Xatırladaq ki, sentyabr ayında “S&P” beynəlxalq reytinq agentliyi Rusiyanın müstəqil reytinqini “BB+” səviyyəsində təsdiqləyib, proqnozu isə “neqativ”dən “stabil”ə yüksəldib.

(report)

Loading...

Rusiyanın ən titullu “vor zakon”u və onun azərbaycanlı cangüdəni həbs edildi -FOTO

Sonrakı Yazı »

Yeni rüsumlar qüvvəyə mindi, amma quşçular buna sevinmir

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: