Advertisements
24 saat

Şoyqu erməni həmkarı ilə Qafqazdakı vəziyyəti müzakirə etdi


Rusiyanın müdafiə naziri Sergey Şoyqu avqustun 16-da Yerevanda erməni həmkarı Seyran Ohanyanla görüşüb.

TASS-ın məlumatına görə, görüşdə Cənubi Qafqazda təhlükəsizlik və ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.

S.Şoyqu Rusiya Müdafiə Nazirliyinin ali məktəblərində pulsuz təhsil alan erməni hərbçilərinin sayını artırmağa hazır olduqlarını deyib. O, bölgədə baş verənlər fonunda planlarını nəzərdən keçirdiklərini də vurğulayıb.

Xəbərə görə, Seyran Ohanyan Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazası ilə münasibətlərinin yaxşı olduğunu və Rusiya ilə nəzərdə tutulan bütün hərbi planları yerinə yetirdiklərini söyləyib.(“Report”)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: