“Sovetski”də tarixi abidə – Abbas Mirzə Şərifzadənin evi dağıdıldı


Paytaxtın “Sovetski” məhəlləsində yerləşən tarixi abidələrdən daha biri bu gün sökülüb.

Söhbət böyük sənətkarlarımız, Azərbaycanın ilk kinorejissorlarından biri, əməkdar artist Abbas Mirzə Şərifzadənin və onun həyat yoldaşı SSRİ xalq artisti Mərziyə Davudovanın yaşadığı üçmərtəbəli evdən gedir.

Akademik Milli Dram Teatrının yaxınlığında yerləşən bu mülk 1910-cu ildə tikilmişdi və tarixi abidələr sirasındaydı. Böyük aktyor 1937-ci ilədək, həbs olunana qədər bu evdə yaşamışdı.

Böyük sənətkar həmin ilin 4 dekabrında öz evində həbs olunmuşdu, bir il sonra güllələnmişdi. Həbs edilərkən bu evdə axtarış aparılmışdı, bir teatr qılıncı, iki teatr tapançası silah kimi müsadirə edilmişdi.

Uzun müddətdir müzakirə mövzusu olmasına, hətta deputat Fazil Mustafa tərəfindən parlamentdə qaldırılmasına baxmayaq, söküntü işlərini həyata keçirənlər bu binanı dağıtmaq niyyətindən əl çəkməyiblər.

Xatırladaq ki, bu ünvanda Şərifzadələr nəslinin daha bir yadigarı, Azərbaycanın xalq artisti Firəngiz Şərifova da dünyaya gəlib. Bu nəslin digər yadigarı olan Eldar Qasımov isə Avroviziya mahnı müsabiqəsinin 2011-ci ildəki qalibidir.

Bir neçə ay öncə qapıdakı xatirə lövhəsi çıxarılmışdı. Sakinlərin dediyinə görə, bir neçə gün əvvəl evin qapısını da çıxarıb aparıbmışlar. Bu gün isə ildırım sürəti ilə başlanan söküntü işi qısa müddətdə başa çatdırılıb və ev yerləbir edilib. (musavat.com)

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

Gənc fəal yenidən saxlanıldı – Polis bölməsində ölüm hadisəsin işıqlandırdığı üçün

%d bloqqer bunu bəyənir: