Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Sovetski” söküntülərində rüşvət iddiası – FOTOLAR

Bizimyol.info-ya müraciət edən Mehriban Əzizova qanunsuzluqdan şikayətləınir

“Bu günə kimi bizə nə ev, nə də daşınmaz əmlak ala biləcəyimiz məbləğdə kompensasiya verilib”

“2014-ci ildən “Sovetski” məhəlləsində yaşayan vətəndaşları aldadırlar”. Bu sözləri “Bizim Yol”-a “Sovetski” sakini, 11-ci Nerimanov küçəsi 10/8-də qeydiyyatda olan Əzizova Mehriban Seyfəddin qızı bildirib. O, evinin qeyri-qanuni olaraq sökülməsindən, kompensasiya və ya evin əvəzinə məznil verilməməsindən şikayətçidir. “Bizim yaşadığımız bina iki mərtəbəli, mənzilimiz isə azkvadratlı idi. İkinci mərtəbədə yaşayanların evinin kvadratı çox olduğu üçün onlar hökumətin təklif etdiyi 1500 manat kompensasiya ilə razılaşıb köçdülər. Biz birinci mərtəbədə yaşadığımız halda icra hakimiyyəti ikinci mərtəbənin söküntüsünə başladı. Nəticədə evimiz yaşamaq üçün yararsız vəziyyətə saldılar. Həyatımıza olan təhlükəni nəzərə alıb evimizdən çıxmalı olduq. Biz evdə olmayanda isə evimizi sökdülər. Evimizin əşyaları isə oğurlandı. Bu barədə araşdırılma başlanıldığı bildirildi”,-deyə Mehriban Əzizova bildirib.
Şikayətçi deyir ki, manatın devalvasiyasından öncə onlara kompensasiya versəydilər, torpaq alardılar: “Bunu etmədilər. Bizə deyildi ki, Baş nazirin müavini Abid Şərifovun azkvadratlı evlərlə bağlı qərarı var. Qərara görə, belə məzillərin sahiblərinə kompensasiya deyil, ev veriləcək. O cümlədən, bizə də ev veriləcəyi deyildi. Amma bu günə kimi bizə nə ev, nə də daşınmaz əmlak ala biləcəyimiz məbləğdə kompensasiya verilib”.
Mehriban Əzizova iddia edir ki, azkvadratlı evlərin sahibləri olan “Sovetski” sakinlərinə müxtəlif yerlərdən ev verilib: “Bizz isə müraciət edəndə “gözləyin” deyirdilər”.
Şikayətçi iddia edir ki, icra hakimiyyəti əksər şəxslərə evi müəyyən məbləğdə ödənilən pul hesabına verib: “Qonşular rüşvət verdikdən sonra onlara ev veriblər. Biz sonuncu dəfə müraciət edəndə “gərək əvvəldən müraciət edərdiniz” dedilər.  Belə, çox təəccüblü…”
Şikayətçi yerli icra hakimiyyətinin yalanlarının bununla bitmədiyini iddia edir: “Bizə evimizin sökülməsi və əşyaların oğurlanması ilə bağlı etdiyimiz müraciətə yerli icra hakimiyyəti cavabı bu olub ki, guya uzun müddət evdə yaşayış olmayıb, qonşular şikayət edib və şikayət aktlaşıdırldıqdan sonra evimiz sökülüb. Bu ağ yalandır. Biz aktı tələb etdik, amma hələ də verilməyib. Hüquqi rəy var ki, bizim evin ətrafında söküntü işlərinin aparılması nəticəsində evimizin divarında çatlar əmələ gəlib, Yasamal rayon İcra Hakimiyyəti bizim və evin təhlükəsizliyini təmin etmədiyi üçün  məcburiyyət qarşısında evimizdən çıxmışıq”.
Mehriban Əzizova deyir ki, evin sahəsi 21 kvadratmetr olub: “Bu evdə iki ailə yaşayır. Bizə 33 min 475 manat təzminat verilir. Biz bununla razı deyilik. Çünki bu məbləğə Bakıda iki ailənin yaşaya biləcəyi evi almaq mümkün deyil. Biz etiraz edəndə, icra hakimiyyətindən “özünüz bilərsiniz” dedilər. Yəni, vətəndaşa və onun hüquqlarına saymazyana münasibət göstərirlər”.
Ramid İBRAHİMOV
 

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Azərbaycana ən çox ərəb bu ölkədən gəlir – RƏSMİ

%d bloqqer bunu bəyənir: