Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Sovetski” belə olacaq – VİDEO

“Sovetski”də 6,1 km-ə yaxın olan 5 küçə yenidən qurulacaq.

Oxu.Az xəbər verir ki, Füzuli küçəsini genişləndirilməklə Nərimanov prospekti ilə birləşdirəcək yeni prospektin salınması və həmin prospekt boyunca yaşıllıq zolaqlarının yaradılması nəzərdə tutulub.
Hazırda Bakı şəhəri Yasamal rayonunun “Sovetski” kimi tanınan ərazinin 26 hektarında yolların salınması və abadlıq işlərinin aparılması nəzərdə tutulub.
Bura 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir.
Bu işlər çərçivəsində Füzuli meydanından Nəriman Nərimanov prospektinə qədər və Təzəpir məscidi istiqamətində yolların genişləndirilməsi və inşası işlərinin aparılması, habelə yeni yaşıllıq zolaqlarının yaradılması nəzərdə tutulur.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

İcra başçısı: Bayrağı mən sökdürmüşəm

%d bloqqer bunu bəyənir: