Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Şou biznesdəki kişilər, bir-birləri ilə cinsi əlaqədə olurlar” – Əli Mirəliyevdən şok sözlər

“Almaniya ilə bizdə həyat tərzi tam fərqlidir. Orada qadının hüququ kişidən çoxdur. Yəni, Pərdisi ittiham edən həmin qadın istəməsəydi, bu hadisə baş verməzdi”.

Bu sözləri tanınmış müğənni Əli Mirəliyev deyib.

Almaniyalı model Gina-Liza Lohfinks 4 il öncə Berlin məhkəməsinə müraciət edərək, Azərbaycan yığmasının futbolçusu Pərdis Fərcad-Azadın ona təcavüz etdiyini bildirib. Həmin video-görüntüləri internetdə yayan Lohfinks Pərdis də daxil olmaqla, iki nəfərdən bu hadisəyə görə, 24 min avro təzminat tələb edib. Onlar isə apellyasiya şikayəti ediblər. Hadisə ilə bağlı məhkəmənin yekun qərarı iyunun 27-də veriləcək.

Mirəliyev baş verənlərə münasibətində günahı almaniyalı modeldə gördüyünü söyləyib: “Qadın görüb ki, Pərdis cavandı, düşünüb ki, gələcəkdə pullanacaq. Buna görə ondan istifadə etməyə çalışıb. İndi futbolçu tapmaq asan deyil. Min nəfərin içindən bir oyunçu güclə yetişdirmək olur. Onları başqa məsələlərdəki səhvlərinə görə, “sındırmaq” doğru olmaz. Ona qalsa, dünyanın bütün ölkələrində təcavüz var”.

Şou-biznes nümayəndəsinin fikrincə, bu hərəkətinə görə Pərdis Fərcad-Azadın klubu və ya yığması tərəfindən cəzalandırılması düzgün addım olmaz: “Həmin hadisənin üstündən 4 il vaxt keçib. Uzun müddətdi məhkəməsi davam edirsə, deməli, onu cəzalandırmağa lüzum görmürlər. Futbolçunu bura gətirən klub da görüb ki, məhkəmə prosesi davam edir, onu cəzalandırmır, haqlı olaraq düşünür ki, bu insan günahsızdı. Məhkəmə bu illər ərzində cinayət işini təsdiqləməyibsə, onu milliləşdirib oynatmağı normal hesab edirəm. Dövlət sirrini açıb ki, futbolçunu Azərbaycana buraxmasınlar, hansısa komandada oynatmasınlar? Nə olsun ki, yığma üzvüdü. Kişidi də. Qadını zorlayıb da, kişini yox. Kişi qadınla yatar, kişi ilə yatmaz ki. Qadındı, xoşu gəlib… Şou biznesdə kişi həmcinsi ilə əlaqədə olur, heç ona bir söz deyən yoxdu”.(apasport.az)

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Türkiyə Baş nazirinin şərəfinə ziyafət verilib

%d bloqqer bunu bəyənir: