Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
facebook-twitter

Sosial şəbəkələrdən istifadə edən bu şəxslər həbs olunacaq – Azərbaycanda

“Azərbaycanda sosial şəbəkələrdə saxta profillərlə, başqa şəxslərin adları və saxta adlarla yalan xəbər, məlumat yayanlar, təhqiramiz fikirlər, təhlükəli çağırışlar edənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər”.

Bunu modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib.

Deputat bildirib ki, artıq baş prokuror Zakir Qaralovun imzası ilə Cinayət Məcəlləsinə dəyişiklik edilməsi üçün qanun layihəsi Milli Məclisə daxil olub.

“Bu günə qədər sosial şəbəkələrdə saxta profillər və saxta adlarla yalan xəbərləri yayanlara, təhlükəli çağırışlar edənlərə qarşı cinayət məsuliyyəti yox idi. Bu, Azərbaycanda bir yenilikdir. Artıq bundan sonra bu məsələlərə ciddi hüquqi qiymət veriləcək. Artıq sosial şəbəkələrdə milli, dini ədavəti qızışdıranlara, müharibə çağırışları edənlərə də cinayət işi açılacaq. Cinayət Məcəlləsinə ediləcək dəyişiklikərdə cərimədən tutmuş həbsə, azadlıqdan məhrum etməyə qədər nəzərdə tutulub”, – Çingiz Qənizadə bildirib.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Azərbaycan əhalisinin sayı açıqlanıb

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: