Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
qiyas2

Sosial şəbəkələrdə Qiyas İbrahomovun həbsinə reaksiyalar belə oldu – STATUSLAR

Xəbər verdiyimiz kimi, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA üzvü, heykəl məhbusu Qiyas İbrahimovun məhkəmə prosesi baş tutub. Məhkəmə Qiyas İbrahimova 10 il həbs cəzası verib. Xatırladaq ki, dövlət ittihamçısı ona 9 il həbs cəzası istəmişdi.

Hakim Ənvər Seyidovun çıxardığı hökmdən sonra sosial şəbəkə bir anda Qiyas İbrahimovun şəkillərinə bürünüb. İctimai sektorun tanınmış simaları Qiyas İbrahimova dəstək statusları yazıb. 24saat.org saytı həmin statusları təqdim edir:

Əli Kərimli
ali-kerimli-tribuna
“Heykəl məhbusu” Qiyas İbrahimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsi rejimin həm də qorxusunu göstərir. Düşünürlər ki, yalnız sərt cəzalarla o heykəlləri qoruya bilərlər. Ancaq yalnız bir müddət belə davam etmək olar. Bu siyasətin heç bir gələcəyi yoxdur. Bu ölkə hər cür bütlərdən təmizlənəcək. Qiyas bəy çox cəsarətlə son sözündə açıq bəyan etdi ki, heykəlin üzərinə şüarı xalqın gözünü açmaq üçün yazıb. Son sözündə bildirdi ki, rejim mənsubları ona bu hərəkətilə özünü dərin bir quyuya saldığını deyib. O isə cavab verib ki, “bəli, bu dərin quyuya girmişəm ki, quyudakı çirkabları təmizləyim, quyunun gözü açılsın, quyudan xalq üçün su çıxsın”. Qiyas bəy haqlıdır. Onun və digər siyasi məhbusların əziyyəti nəticəsiz qalmayacaq, ölkəmiz çirkabdan təmizlənəcək!

Şahvələd Çobanoğlu

Manata da 99 il iş verilib, hökmü İlham Əliyev özü oxuyub…

Xədicə İsmayıl

22 yaşlı tələbədən qorxan əclaflar

Nigar Həzi

Vaxt gələcək heykəl məhbuslarına göstərdikləri cəsarətə görə heykəl ucaldılacaq. Ənvər Seyidov kimi hakimlər də dəmir barmaqlıqlar arxasında olacaqlar. O vaxt mutləq gələcək!

Oktay Gülalıyev

… QİYASdan QİSAS alır namərdlər. Heykələ yazdığı sözlərə görə- 10 il həbs cəzası… Unudurlar ki, nə onlar qalacaq, nə də heykəllər. Amma Qiyas kimi oğullar həmişə var olacaq!

Nazlı Ağayeva
nazli_agayeva
Qiyasın ömründən çalınan hər anın hesabını ödəyəcək bu rejim və onun nökərləri… Və sən də o günü görəcəksən, Analar Anası…

Vüqar Qurdqanlı
vuqar_qurdqanli
Hamıdan yaxşı İlham Əliyev bilir ki, Qiyası 10 il həbsdə saxlaya bilməyəcək!

Vidadi Məmmədli
vidadi_memmedli
Ənvər Seyidov BDU-nun Filologiya fakultəsinə daxil olmaq istəyirmiş. Amma alınmayıb. Dediyinə görə, rüşvət vermədiyi üçün. Sonra sənədlərini İncəsənət Universitetinə verib. Rəhmətlik Ədil İsgəndərov şəxsən ondan imtahan götürüb. 6 ay incəsənətdə oxuyub. Sonra əmisi deyib ki, sən seyidsən səndən mütrüb olmaz. Ənvər müəllim də sənədlərini verib Rabitə Texnikumuna. Oranı bitirəndən sonra yenə filololoq olmaq istəyib, amma hüquqa düşüb. Deyir ki, hüquq fakultəsinə daxil olması öz arzusu ilə baş verməyib. Adama deyərlər, indi sən filologiya fakultəsinə daxil ola bilməmisən deyə hüququn anasını ağlatmalısan?

Nail Zeynalov

Dövlət ittihamçısının 9 il azadlıqdan məhrum edilməsini istədiyi Qiyas İbrahimova hakim 10 il iş verib… “Allah ömrümdən kəsib prezidentin ömrünə calasın” deyirsən, özün bilərsən, öz ömründü, ta bir gəncin ömründən niyə bəxşiş verirsən, ay …?

Xalid Qarayev

Əbədi hakimiyyət olmur. Amma bu düşüncənin əbədi hakim kəsildiyi adamlar olub, var və bundan sonra da olacaq. Tarixin hansı qatını qaldırsan, belələrini tapacaqsan. Mütləq tapacaqsan. Yanlışları ilə, yaşatdğı və ən sonda yaşadığı faciələrlə birlikdə. Bu düşüncə həm də Qiyas kimi şəxslərin varlğına işıq salır, amansız şərtlər altında bəşəri dəyərlər, hüquq, insanlıq uğrunda mübarizənin mümkünlüyünü təsdiq edir.

Natiq Ədilov

Bu gün günahsız gəncə- Qiyasa 10 il iş verən hakim Ənvər Seyidov həm də ekzotik-romantik tərzdə romanlar müəllifidir. 5 kitabı var. Özüm oxmamışam, belə söhbətlər var ki, romanlarında haqq-ədalət axtarışları, zülmün yenilməsi kimi bəşəri axtarışlar zəngindi. Xülasə, Fazil Qəzənfəroğlunun mantiyalı variantı.

Zamin Hacı

Ağır cinayət məhkəməsinin hakimi, yüzlərlə günahsız insana ədalətsiz hökmlər kəsmiş (ən sonuncusu bu gün heykələ yazı yazmış gəncə 10 il verib, prokuror istəyən cəzadan 1 il də artıq!) bu Ənvər Seyidov həm də Azərbaycan Dövlət Pedaqoji Universitetində gələcəyin müəllimlərinə hüquq dərsi keçir. Seçki saxtakarlığı, cürbəcür yaltaq işlərdə aktiv müəllimlərin harda yetişdiyini anladınızmı?

Ramin Deko

Qiyasa 10 il verildi. Prokuror 9 il iş istəmişdi

Alya Yaqublu

Tanıyırsızmı bu adamı? Qiyas İbrahimə 10 il iş kəsən hakimdi – Ənvər Seyidov. Əliyev hakimiyyəti tariximizin qara səhifələrini onun və onun kimilərin əliylə yazdırır. Neçə belə səhifə qaralamış bu hakim Qiyasa prokurorun tələb elədiyindən1 il də artıq cəza kəsib. Bir cümləyə görə.
Bu gün Seyidov o cümlədəki təbriki özəl olaraq haqq edib, ona görə də məxsusi onun üçün yazıram bura – “Qul bayramınız mübarək”, cənab “hakim”.

Rəşadət Axundov

Dövlət ittihamçısının 9 il azadlıqdan məhrum edilməsini istədiyi Nidaçı Qiyas İbrahimov hakimin qərarı ilə 10 il azadlıqdan məhrum edildi.

Tural Qurbanli

Qiyas bunları elə göynədib ki indiyənə qədər siyasi məhbuslara verilməyən qədər həbs veriblər- düz 10 il

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Qiyas İbrahimova 10 il verən hakim Ağır Cinayətlər Məhkəməsinin sədri olmaq istəyir – İDDİA

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: