Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
insan

Sosial şəbəkələrdə qadın alveri: “3 qıza 60 AZN” – FOTO

Azərbaycanda sosial şəbəkələrdə açıq-aşkar qadın alveri ilə məşğul olan səhifələr fəaliyyət göstərir.

Baku.ws bildirir ki, xüsusilə Instagram-da yaradılan səhifələrdə qadınlar intim münasibət təklif edirlər. Bəzi hallarda bu səhifələr masaj xidməti altında, bəzən isə açıq-aşkar şəkildə təklif olunur.

Hətta translar da sosial şəbəkələrdə elanlar yerləşdirərək intim xidmət təklif edirlər. Məsələ ilə bağlı kiçik bir araşdırma apardıq və məlum oldu ki, bu cür səhifələrlə mübarizə aparmaq çox sadədir.

Belə ki, DİN-in İnsan Alverinə qarşı Mübarizə İdarəsinin “Qaynar xətt” xidmətinə (tel: 152 və 562-21-12) müraciət edərək qarşılaşdığınız analoji hadisə barəsində məlumat verə bilərsiniz. Bununla da qanunsuz olaraq fəaliyyət göstərən və intim xidmətlər təklif edən səhifələrin müəyyənləşdirilərək ləğv edilməsinə yardımçı olacaqsınız.

Qeyd edək ki, İnsan Alverinə qarşı Mübarizə İdarəsinin “Qaynar xətt” xidməti insan alverinin qarşısının alınması və qurbanlara kömək məqsədi ilə yaradılıb. “Qaynar xətt” xidməti həftənin bütün günləri 24 saat ərzində respublika ərazisində ödənişsiz xidmət göstərir, dünyanın hər bir ölkəsindən zəngləri qəbul edir.
63051

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

150 köçkün ailəsi acınacaqlı durumda – Foto/Video

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: