Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
sk

Sosial şəbəkələr üzərindən dələduzluq edən insanlardan – VİDEO

Məsələn instagramda bir səhifə açır, izləyici sayını çoxaldır və sonra həmin profili satması barədə elan verir. Pulu poçtla və ya bankla göndərirsən, amma profil sənin adına keçirilmir. Və beləcə neçə insan aldadılır, pulları əllərindən alınır. Hadisə başına gələnlər “Xəzər Xəbər”ə danışıb.

Sosial şəbəkələrdə dələduzluğun yeni forması çıxıb. Açılan profilə xeyli sayda izləyici yığılır və sonra satışa çıxarılır. Vay o günə ki, səhifəni aldığın adam səni aldada və pulunu əlindən asanlıqla ala.

Bakı sakini Yusif Baxşəliyev instagram səhifəsinin pulunu göndərəndən sonra satan adam həmin səhifənin parolunu Yusifə verməli idi. Amma əksinə olub.

Belə hadisə çoxlarının başına gələ bilər. Buna görədə məsələnin hüquqi tərəflərini bilmək vacibdir.

Hüquqşünas Asif Abdullayev deyir ki, adətən insanlar belə məsələləri ara söhbətləri ilə həll edirlər. Öz aralarında kobud şəkildə aydınlaşdırmaqdansa hüquqi müstəvidə həllinə üstünlük vermək lazımdır.

Gənc rəssam Ozal Lətifoğlunun başına isə bir qədər ferqlı hadisə gəlib. O sifarişlə şəkil çəkir. Amma bu dəfə qarşısına çıxan insane sosial şəbəkədə ona sifariş versə də, indi şəkillərə yiyə çıxmaq istəmir.

Ozal deyir ki, bu şəkillərin çəkilməsinə vaxt, enerji sərf edib. Kağız və boyaya pul xərcləyib. Hüquqşunas bu məsələyə də aydınlıq gətirir.

xezerxeber

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

BÜRCLƏR – 27 Oktyabr

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: