Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
48037

Sosial şəbəkədə tanış olduğu qızı şantaj etdi

Gəncə şəhərində sosial şəbəkədə tanış olduğu qızı şantaj edən şəxs yaxalanıb. Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 16-da Gəncə şəhərinin Yeni Gəncə qəsəbə sakini Rəfiqə (ad şərtidir) Kəpəz RPİ-yə müraciət edərək sosial şəbəkədə tanış olduğu “Maqa Qurbanlı” ləqəbli şəxsin ona zəng edərək şəkillərini və barəsində rüsvayedici məlumatları sosial şəbəkədə yayacağı ilə hədələdiyini, əxlaqsız təkliflər etdiyini və 200 manat pul verməyi tələb etdiyini bildirib.

Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gülüstan qəsəbəsinin sakini Məhərrəm Qurbanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Azərbaycanda məmur övladlarına qadağa? – Xaricdə təhsil ala bilməyəcəklər

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: