Now Reading:
Sosial mənzillər bu şəhərlərdə olacaq – SİYAHI
Full Article 40 second read

Sosial mənzillər bu şəhərlərdə olacaq – SİYAHI

“Hazırda Yasamal rayonu ərazisində tikilən komplekslə yanaşı, Bakıda 2-ci belə kompleksin inşası də planlaşdırılır və bu, çox güman ki, şəhərin ətrafında olacaq”.


Fins.az xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbəri Samir Nuriyev bildirib.
Onun sözlərinə görə, artıq agentlik paytaxtın ətrafındakı bəzi sahələrə baxış keçirib və yerlərin seçilməsi ilə məşğuldur.
Eyni zamanda Sumqayıt, Gəncə, Lənkəran və Masallı rayonlarında da sosial mənzillərin tikintisi üçün sahələrə baxılır. Agentlik rəhbəri bildirib ki, sosial mənzillərə ehtiyacı olanlar arasında sorğu keçirməklə evlərin tikintisi üçün yerlər də seçiləcək: “Evləri elə yerlərdə tikmək istəyirik ki, vətəndaşlara uyğun olsun.
İlk öyrəndiyimiz rəylər odur ki, belə evlər Bakının ətrafında olsun. Ona görə də ikinci layihəmiz də, çox güman ki, Bakının ətrafında olacaq”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: