Sorğu: Klinton Trampı 7 faiz qabaqlayır


ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 7 faiz qabaqlayır.

24saat.org APA-ya istinadən xəbər verir ki, oktyabrın 10-12-də Fox News telekanalı tərəfindən keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 45 faizini, Tramp isə 38 faizini toplaya bilər.

Oktyabrın 3-6-da telekanalın keçirdiyi rəy sorğusunda Klintonun üstünlüyü cəmi 2 faiz təşkil edib (Klinton – 44%, Tramp – 42%).

Oktyabrın 9-da Klintonla Tramp arasında ikinci teledebat keçirilib. CNN telekanalının sorğusuna əsasən, sabiq dövlət katibi teledebatda 37%-ə qarşı 57% səslə qalib qəlib.

Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.

Hakimiyyət Eldar Mahmudovu həbs edə biləcəkmi?

Sonrakı Yazı »

Ərdoğan: "Türkiyə Mosulun azad edilməsi əməliyyatında iştirak etmək niyyətindədir"

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: