Advertisements
24 saat

Son yeddi ayda 4 027 miqrant ölüb


Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) son yeddi ayda 4 027 miqrantın öldüyünü açıqlayıb.

24saat.org “Report”a istinadən bildirir ki, qurumdan həmçinin son on gündə Liviya sahillərində dalğaların gətirdiyi 120 cəsədin tapıldığı vurğulanıb.
Təşkilatın sözçüsü Joel Millman isə dünyasını dəyişənlərdən 3/4-nün Avropaya getmək istəyərkən Aralıq dənizində boğulduğunu bildirib: “Ötən ilin eyni dövrü ilə müqayisədə dünyada miqrant ölümü 35 faiz artıb”.
Eyni zamanda, İtaliya son iki gündə 3 mindən çox miqrantın Aralıq dənizində ölümdən xilas edildiyini açıqlayıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: