Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Son müharibənin büdcəmizə təsirləri – Ziyanımız nə qədərdir?

Ekspertlər bildirirlər ki, bu xərclər kifayət qədər böyükdür, ancaq daha məqbulu qısa zamanda müharibə yolu ilə torpaqların azad edilməsidir…
Aprel ayı ərzində cəbhə bölgəsində baş verən hərbi əməliyyatlarınbüdcəmizə və iqtisadiyyatımıza vurduğu ziyan müzakirə olunmur. Halbuki 2-5 apreı tarixlərində pozulan atəşkəs və davamlı hərbi əməliyyatlar xeyli miqdarda büdcə vəsaitinin xərclənməsi deməkdir. Üstəlik, aprelin ortalarında yenidən pozulan atəşkəs də bu baxımdan, həm də pul itkisidir. Ekspertlər bildirirlər ki, müharibənin büdcəyə və iqtisadiyyata təsirləri araşdırılmalıdır.

Ekspert Vüqar Bayramov musavat.com-a açıqlamasında bildirib ki, aprel müharibəsinin büdcəmizə ziyanı barədə statistika açıqlanmayıb: “Hesablamalar yoxdur. Amma istənilən müharibənin iqtisadiyyata təsirləri var. Müharibəxərc deməkdir. Mühairbə olursa, hər iki tərəfdən itki var. Hərbi sursatdan, texnikadan istifadə olunur. Digər tərəfdən, hərbçilərimiz şəhid olur. Onlar əmək qabiliyyətli insanlardır. Hərbçilərin, əsgərlərin şəhid olması həm də iqtisadiyatımıza mənfi təsir edir. Müharibənin digər məqamı ölkəiqtisadiyyatına investisiyalar,turizm baxımındandəyən ziyandır. Adətən müharibə gedənölkələrdə bununla bağlı müəyyən çətinliklər var. Turistləri cəlb etməkdə, investisiya cəlb etməkdə problemlər yaşanır. Nəzərə alsaq ki, qısamüdətli müharibə olduğuna görə, bu cür çətinliklərnsibətən az oldu. Amma sözsüz, nəzərə almaq lazımdır ki, bütün hallarda müharibənin mənfi iqtisadi təsirləri var. Amma söhbət torpaqların işğaldan azad edilməsindən gedir.

O baxımdan, müharibənin Azərbaycan iqtisadiyyatına mənfi təsirləri olsa da belə, bütün hallarda torpaqların azad edilməsi baxımından Azərbaycan üçün bu müharibə qaçılmaz idi. Ona görə müharibə vəziyyəti qaldıqca, iqtisadiyyata təsirləri daha çox olur. Çünki Azərbaycan hərbi xərcləri artırmağa məcburdur. Azərbaycan məcburdur ki, büdcədən bu istiqamətə ayrılan vəsaitlərin həcmini artırsın. Təbii ki, iqtisadi baxımdan büdcəvəsaitlərininbu istiqamətə xərclənməsi deməkdir. Yeni silahların alınması, hərbi xərclərin artırılması, ordunun saxlanması xərclərinin artırılması deməkdir. Bu xərclər kifayət qədər böyükdür. Ona görə Azərbaycan üçün daha məqbulu daha qısa zamanda müharibə yolu ilə torpaqların azad edilməsidir. Amma sözsüz, bu son savaş da göstərir ki, Azərbaycanın əslində bu istiqamətdə atdığı addımiqtisadi baxımdan xeyirli olmasa,ölkə sonrakı dövrlərdə də hərbi sahəyə ayrılan vəsaitlərin həcmini artırmaq məcburiyyətindədir. Çünki bütün hallarda topraqların müdafiəsi və işğal olunan torpaqların azad edilməsi baxımından hərbi sektora daha çox vəsaitin ayrılması artıq praktik olaraq qaçılmazdır”.

Ekspert Rəşad Həsənov isə musavat.com-a bildirib ki, aprel müharibəsinin büdcəyə vurduğu ziyan barədə statistika olmasa da, zərərlərin miqdarının az olmadığı bəllidir: “Amma təbii ki,müharibə xərcsiz baş vermir. Müharibə ölkə iqtisadiyyatı üçün ciddi çətinliklər yaradır. Bu, müharibə xərclərinin artması baxımından və risklərin artması baxımından hesablanır, nəzərə alınır. Müharibənin olduğu ölkələrə, yaxud müharibə ehtimalının artdığı ölkələrə, xüsusilə xarici investisiya axını azalır. Yəni bu, birmənalıdır. Bu, o deməkdir ki, bizdə əgər bu ab-hava uzun müddət davam edərsə, ölkəyə investisiya axınlarına öz təsirini göstərəcək. Xüsusən proses nə qədər uzanırsa, o qədər xərclər artır. Həmin hərbi əməliyyat zonalarında zərərkçəkmişlərin problemlərinin həlli ilə bağlı dövlət büdcəsindən vəsaitlər ayrılır, Müdafiə Nazirliyinin xətti ilə burada istifadə olunmuş silahlar, avadanlıqlar, yararsz hala düşmüş avadanlıqlar bərpa edilir. Onların bərpası istiqamətində əlavə xərclər ortaya çıxır. Bu, öz-özlüyündə dövlətin maliyyə yükünüartıran məqamlardan hesab olunur. Hazırda xüsusilə də sərhəd zonaları ilə bağlı daxili iqtisadiyyat da azalır. Burada insanlar haqlı səbəblərdən əlavə yatırımlar etməyə çəkinirlər, iş görməyə çəkinirlər. Bu da sərhəd zonalarında əhalininvəziyyətinə də mənfi təsir göstərir”.

Qeyd edək ki, artıq cəbhəyanı ərazilərdə yüzlərlə ev dağıdılıb, təsərrüfatı məhv edilib. Sakinlər arasında ölən və yaralananlar var. Aydındır ki, müharibələr dövlətlər üçün insan itkisi ilə yanaşı, ağır maddi itkilərə də gətirib çıxarır. Buna görə də müharibə başlayacağı təqdirdə iqtisadiyyatımız buna dayanıqlı olmalıdır. Son bir ildə neftin kəskin ucuzlaşması ölkə iqtisadiyyatına təsirsiz ötüşməyib, valyuta ehtiyatımız isə bir qədər azalıb. Münaqişənin uzanması Azərbaycanın investisiya cəlb ediciliyini da aşağı sala bilər.Ermənistana gəlincə, orada iqtisadi vəziyyət çox ağırdır. Ölkənin enerji, nəqliyyat sektoru tamamilə Rusiyanın əlindədir. Dövlət büdcəsini isə Azərbaycan dövlət büdcəsi ilə müqayisə etmək yersizdir. Yalnız bir faktı bildirmək kifayətdir ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsinə bərabərdir. İqtisadçı-ekspert Akif Nəsirli “Bizim Yol”a açıqlamasında bildirib ki, Azərbaycanın iqtisadi imkanları müharibə aparmaq üçün yetərlidir: “Amma məsələ burasındadır ki, haqqında danışdığımız müharibə təkcə Azərbaycan və Ermənistanın siyasi iradəsindən asılı deyil. Bu müharibə Rusiyanın siyasi iradəsi ilə alovlanır, ya da dayandırılır. Əgər Rusiya bölgədən əlini çəksə, Azərbaycan üçün Ermənistanı diz çökdürmək çox asan olardı. O ki qaldı iqtisadi imkanlar baxımdan müqayisəyə, Azərbaycanın düşmən dövlətdən açıq-aşkar üstün olduğu görünür. Habelə, ordunun silahlanmasına, həm şəxsi heyətin sayına görə üstünlüyümüz mövcuddur”.

A.Nəsirli hesab edir ki, müharibə aparmaq üçün iqtisadiyyat dayanıqlı olmalıdır: “Müharibə xərc deməkdir. Onun ömrü nə qədər uzun olarsa, zərər də bir o qədər çox olacaq. Eyni zamanda iqtisadi geriləməni zəiflətmək, eyni vaxtda silahlanmaya əlavə büdcə ayırmaq lazımdır. Bir tərəfdən insan itkisi qaçılmaz olur, evlər, yaşayış massivləri dağılır. Yüz hektarlarla əkin sahəsi məhv edilib. Dağılmış ərazilərin bərpası iqtisadi itkilərə gətirib çıxarır. Əlbəttə, bu iqtisadi itkiləri bərpa etmək üçün ölkəmizin dayanıqlı iqtisadiyyatı olmalıdır”.

Millət vəkili Fazil Mustafa isə “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, Azərbaycanın hazırkı iqtisadi durumunun Ermənistanla müharibəyə hazır olub-olmaması məsələsinə bir neçə aspektdən baxmaq lazımdır: “Çünki Azərbaycan təkcə Ermənistanla müharibə etmir, Ermənistan və onu dəstəkləyən ölkələrlə də müharibə edir”. Onun sözlərinə görə, iqtisadiyyatımızın potensialını kənar dövlətlərə görə müəyyənləşdirsək, yetərli səviyyədə olmadığını görərik: “Biz kiçik bir dövlətik. Hər halda Ermənistanı dəstəkləyən Rusiya və Amerika Birləşmiş Ştatlarının iqtisadiyyatı qarşısında müqayisəolunmaz dərəcədə hər hansı üstünlüyümüz yoxdur. İstənilən vaxt Ermənistana büdcədənkənar vəsait həm ABŞ, həm də Fransa tərəfindən ötürülə bilər. Rusiya tərəfdən isə hərbi sursatlar verilə bilər. Bütövlükdə isə, Ermənistanla müqayisədə iqtisadi potensialımız daha böyükdür. Kənar dəstək olmasa, 3-4 gün müddətində Azərbaycan ordusu Dağlıq Qarabağı azad edə bilər”.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Avrokomissiya neftin qiyməti ilə bağlı proqnozunu dəyişdi

%d bloqqer bunu bəyənir: