Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

SON DƏQİQƏ: Türkiyədə təyyarə qəzaya uğradı: ölənlər var

Türkiyədə təyyarə qəzaya uğrayıb.

Milli.Az Türkiyə KİV-inə istinadən bildirir ki, Təkirdağın “Çorlu Hava limanı”nda təlim uçuşu üçün havaya qalxan təyyarə Ahimehmet kəndi yaxınlığında qəzaya uğrayıb. Hələlik qəzanın hansı səbəbdən baş verdiyi bilinmir.

Qəzada iki nəfərin həyatını itirdiyi bildirilir. Ölənlərdən birinin təlimçi pilot, digərinin isə şagird olduğu söylənilir.

Hadisə yerinə xilasetmə qrupları və təcili tibbi yardım briqadası cəlb edilib.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Bakıda zibillikdən silah-sursat tapıldı

%d bloqqer bunu bəyənir: