Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

ŞOK TƏLƏB: müsəlman qızlar pasport almaq üçün üzməlidir

İsveçrənin Bazel-Land kantonunun hakimiyyəti üzgüçülük dərslərinə gəlməyən müsəlman qızlara vətəndaşlıq verməkdən imtina edib.

Publika.az xəbər verir ki, bu haqda “The Local” nəşri yazıb.

Məlumata görə, söhbət 12 və 14 yaşlı iki bacıdan gedir. Onlar dini qaydaları əsas gətirərək məktəbin hovuzunda üzməkdən imtina ediblər. Bundan sonra onların pasport almaq üçün etdiyi müraciət rədd edilib.

Vətəndaşlığa götürülmə üzrə komitənin başçısı Stefan Verlenin sözlərinə görə, konfederasiyanın vətəndaşlığını almağı arzu edən cavan insanlar İsveçrə maarifləndirici sistemin bütün tələblərinə cavab verdiyini sübut etməlidirlər.

“Çünki üzgüçülük dərsləri məcburidir. Onların dərslərə gəlməməsi onu bildirir ki, şagird bu tələblərə uyğun deyil. Onlar qanunu pozurlar, buna görə də vətəndaşlıq hüquqlarından məhrum olurlar”, – Verle bildirib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Türkiyə rəhbərliyi təcili toplanır

%d bloqqer bunu bəyənir: