Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Şok razılaşma: PKK Türkiyəni tərk edir, Ankara isə…

Suriya Demokratik Qüvvələri (SDQ) Türkiyə ilə PKK arasında Fərat çayının qərbinin YPG-yə verilməsi barədə razılıq əldə edildiyini iddia edib.

Axar.az xəbər verir ki, PKK-ya bağlı PYD-nin hərbi qolu YPG-yə Fərat çayının qərbinin verilməsində ABŞ-ın rolu olduğu bildirilib. Belə ki, PKK ilə Türkiyə arasında razılıq əldə edilməsində ABŞ-ın vasitəçilik etdiyi vurğulanıb.

Türkiyənin şərti…

İddiaya görə, rəsmi Ankara ilə PKK arasında baş tutan razılaşmaya əsasən, PKK da öz növbəsində Cənub-şərqi Anadoludan geri çəkilir.

Öcalana ev dustağı tələbi

Tərəflər arasında digər razılaşmanın Abullah Öcalanla bağlı olduğu iddia edilir. Türkiyənin Öcalanı İmralıdan ev dustaqlığına buraxmağı qəbul etdiyi bildirilir. Bu proseslərdən sonra Türkiyənin PKK ilə yenidən danışıqlar aparmağa da razılıq verdiyi vurğulanır.

İncirlik görüşü…

ABŞ-ın vasitəçiliyi ilə Türkiyə rəsmiləri və YPG arasında İncirlik hərbi bazasında görüş keçirildiyi də iddialar arasındadır. Görüşdə YPG tərəfindən Menbic əməliyyatında iştirak edən Əbu Leylanın da olduğu qeyd edilir.

Türkiyə bilirdi və etiraz etmədi

Türkiyənin Menbic əməliyyatını həyata keçirən SDQ qüvvələrinin minlərlə kürddən ibarət olduğunu bildiyini, ancaq buna qarşı çıxmadığını deyən SDQ-çı məsələnin səbəbini də açıqlayıb:

“Türkiyə SDQ-də minlərlə kürd döyüşçüsü olduğunu bilirdi, ancaq bizim ABŞ üzərindən qurduğumuz təzyiqə görə buna qarşı çıxa bilmədi”.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Kameralara düşən ən qorxunc – 4 hadisə

%d bloqqer bunu bəyənir: