Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Şok: Obama UNO sirrini açıqlayacaq

Barak Obama prezidentlik müddəti başa çatanadək uçan naməlum obyektlərlə (UNO) bağlı əhəmiyyətli açıqlamalar verəcək.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-da fəaliyyət göstərən Paradim Risörç Qrup (PRG) şirkətinin direktoru Stefan Bassett məlumat verib.

Onun sözlərinə görə, İngiltərənin Baş naziri Devid Kemeron da bu barədə bəzi suallara aydınlıq gətirəcək:

“Bu, nəhayət gerçəkləşəcək və qəzetlərin manşet xəbəri olacaq. Yadplanetlilər gerçəkdir. Bu barədə indiyə qədər bəzi məlumatlar sirr saxlanılıb. Obama bunu açıqlayan ilk ABŞ prezidenti olacaq. O, bu açıqlamaya görə hətta Nobel mükafatı ala bilər”.

Qeyd edək ki, 69 yaşlı UNO mütəxəssisi Ağ Evə yaxınlığı ilə tanınır.

Xatırladaq ki, Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klinton da qalib gələcəyi halda UNO-larla bağlı məlumatların ictimaiyyətə açıqlanacağını vəd edib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Aristotelin məzarı tapıldı – ARXEOLOQLAR AÇIQLAMA YAYDI

%d bloqqer bunu bəyənir: