Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
haci-memmedov

ŞOK: Hacı Məmmədovun ailəsi xaricdən sığınacaq istəyir – Özəl

Həbsdə olan məşhur qanqster Hacı Məmmədovun bacısının xarici dövlətlərdən sığınacaq istəməsi haqda xəbərlər yayılıb.

Bu barədə 24saat.org-a daxil olan xəbərdə iddia olunur ki, məşhur killerin qızı Arifə Məmmədova və həyat yoldaşı Xosrov Şirinov Azərbaycanı tərk etməyə hazırlaşır.

Mənbənin qeydlərində ehtimal olunur ki, buna səbəb Məmmədovlar ailəsinə son zamanlar edilən təzyiqlərlə əlaqədardır.

İddialara görə, MTN-də saxlanan Hacı Məmmədov bu strukturun ləğvindən sonra fəallaşmağa başladı. Qanqster təkid edirdi ki, onun işi yenidən istintaqa qaytarılsın və təkrar araşdırılsın.

Bu hüquqi məsələləri də qanqsterin bacısı Arifə Məmmədova həll edirdi. O, qardaşının vəkillə təmin olunması, işin məhkəməyə göndərilməsində fəallıq edirdi.

Amma A.Məmmədovaya təzyiqlər başlanıb. Qeyd edək ki, Hacının yeznəsi, yəni Arifənin əri Xosrov Şirinov da o zaman həbs olunmuşdu.

İddialara görə, A.Məmmədova ölkədə yaşamağın çətin olduğunu görərək qardaşı qızının yanına getmək niyyətindədir.

Daxili İşlər Nazirliyi (DİN) Cinayət-Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, polkovnik-leytenant Hacı Məmmədovun qızı Aysel Məmmədova ölkədən kənarda yaşayır. Bibisinin də onun yanına gedəcəyi barədə xəbərlər dolaşır.

Aysel Avropa ölkələrinin brində sığınacaq alıb. Qeyd edək ki, 10 mart 2005-ci il tarixdə keçirdiyi Qara Kəmər əməliyyatı ilə həbs edilib. 2007-ci il ömürlük həbs cəzası alıb. Hazırda MTN təcridxanasında saxlanılmaqdadır.

24saat.org

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Akif Çovdarov hakim qarşısında agentini ifşa edib – “Eynulla Fətullayev indi də DTX-ya işləyir”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: