Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

ŞOK: 10 yaşlı qızı zorladı, öldürdü, ürəyini çıxardı – VİDEO (FOTOLAR)

Braziliyanın Gerais əyalətinin Buenopolis mahalında dəhşətli cinayət hadisəsi törədilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, polis mahaldakı bir fermada iyunun 1-də məktəbdən qayıdarkən qaçırılan 10 yaşındakı Raiananın cəsədini aşkarlayıb.

Cəsədin olduğu yerdən bir az aralıda isə qızın ürəyi torpağa basdırılmış halda tapılıb. Bundan 5 gün sonra isə  polis cinayətin baş verdiyi ərazinin yaxınlığında əsas şübhəli kimi Jairo Lopesi saxlayıb. Təxminən 500-ə qədər sakin onu öldürmək istəyib, amma polis şübhəlini vertolyotla bölgədən uzaqlaşdırıb.

İlk ifadəsində günahsız olduğunu iddia edən Lopes daha sonra törətdiyi cinayəti etiraf edib. Qız təcavüzə məruz qaldıqdan sonra öldürülərək ürəyi çıxarılıb.

Cinayəti araşdıran dedektivlər əvvəlcə Raiananın ailəsindən pul istəmək məqsədi ilə qaçırıldığı versiyası üzərində dayanıblar. Daha sonra isə kiçik qızın cadu mərasimi ilə əlaqədar öldürüldüyü ehtimalının araşdırılmasına başlanılıb.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

AÇ-2016: UEFA üçün rekord gəlir

%d bloqqer bunu bəyənir: