Loading...
Loading...

SOCAR Yunanıstan hökuməti ilə qarşıdurma haqqında

Yunanıstan hökuməti qaz tariflərinə dəyişikliklər edilməsi haqqında parlamentə qanun layihəsi təqdim edib və bununla da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə müqaviləni təhlükə altına qoyub. Yeni qanun layihəsində qaz tariflərinin 2006-cı ildən başlayaraq geriyə hesablanması və tariflərin artırılması üçün yeni mexanizm tətbiq etmək təklif olunur. Ancaq tariflər artırılmayacaq, çünki SOCAR-da bunu gözləyirdilər. Başqa sözlə, Azərbaycan şirkəti tərəfindən yunan qaz kəmərlərinin operatoru DESFA-nın səhmlərinin alınması son nəticədə kommersiya baxımından sərfəli deyil.

Qeyd etməyə dəyər ki, SOCAR hələ 2013-cü ilin dekabrında DESFA-dakı səhmlərinin 66 faizini 400 milyon avroya satmaqla tenderin qalibi olub.

Ancaq Reuters-in qeyd etdiyi kimi, Yunanıstan hökumətinin qaz tariflərinin tənzimlənməsi üçün gördüyü tədbirlər DESFA-nın alınmasını mənasız edir.

“SOCAR Energy Greece” şirkətinin icraçı direktoru Anar Məmmədov Yunanıstan mediasına müsahibə verib və bu məsələyə aydınlıq gətirib.Virtualaz.org həmin müsahibəni oxucularına təqdim edir.

Energetika naziri Panos Skurletis bu yaxınlarda belə bir bəyanat verdi ki, SOCAR DESFA 400 milyon avro investisiya müqabilində növbəti bir neçə il ərzində 830 milyon avro qazanmaq istəyir və təbii qazın nəqli tarifinin 68% artırılmasını tələb edir. Bu barədə şərh bildirmənizi xahiş edirik.

– SOCAR heç vaxt belə bir tələb etməyib. Təbii qazın nəqli tarifinin 68% artırılması mövcud olan tarif hesablama metodologiyasından irəli gəlir və SOCAR ilə heç bir əlaqəsi yoxdur. Bundan başqa, biz həmişə, DESFA-nın gələcək səhmdarları kimi, yerli qaz istehlakçılarının maraqlarının müdafiəsinə, eləcə də şirkətin dəyərinin qorunmasına xidmət edəcək bir kompromisin əldə edilməsində maraqlı olduğumuzu dəfələrlə bildirmişik. 830 milyon avro məsələsinə gəlincə, biz qəti şəkildə bu arqumentləri yararsız sayirıq. İlk növbədə, bu, real pul deyil və bu məbləğ DESFA-nın maliyyə hesabatlarına daxil deyil. Bu məbləğ əvvəlki dövrlərin vəsaitlərinin kompensasiya olunması üçün şirkətə bir “vəddir”, lakin bəzi səbəblərdən bu məbləğ kompensasiya olunmayıb. İdeal vəziyyətdə, bu vəsaitlər mövcud metodologiyaya əsasən, hər halda bunun müəllifi əlbəttə ki, SOCAR deyil, DESFA tərəfindən 20 il ərzində bərpa oluna bilər, amma heç bir şəkildə növbəti illərdə yox. Lakin reallıq tamamilə fərqlidir: bu, keçmişdə heç vaxt baş verməyib. Şirkətə olan borc yalnız çoxalıb və biz bu məbləğin şirkət tərəfindən bərpa olunmasını heç gözləmirik. Bu, “virtual puldur” və real əhəmiyyəti yalnız növbəti 4 il üçün tarif hesablamasında nəzərə alınmalıdır.

Biz belə başa düşürük ki, nazir Skurletis tərəfindən DESFA-nın biznesinə birbaşa təsir edəcək mövcud qanunvericiliyə bəzi dəyişikliklər təklif olunub. Sizin bu dəyişikliklərdən xəbəriniz var idi?

– Xeyir. Bu, bizim üçün tamamilə gözlənilməz oldu.

Yunanıstanın Dölət Özəlləşdirmə Fondu ilə bu məsələ ilə bağlı məsləhət olunmadığı doğrudurmu?

– Bu barədə məlumatım yoxdur.

– Təklif olunan bu dəyişikliklərə sizin münasibətiniz necədir?

– Tətbiq edilərsə, bu dəyişikliklər şirkətin dəyərini və gələcək mənfəətini dramatik şəkildə azaldacaq. Biz hər iki parametrin mövcud səviyyədən 50%-a qədər aşağı düşəcəyini qiymətləndiririk.

DESFA-nın özəlləşdirilməsinə bu dəyişikliklərin nəticələri necə təsir göstərə bilər?

– Qanun qəbul olunandan dərhal sonra SOCAR rəsmi mövqe tutacaq. Yalnız, sözügedən müddəalar planlaşdırıldığı kimi təsdiq olunarsa, bu mərhələdə tender prosesinin sona çatacağına ümid etmirəm.

Beləliklə, siz nə təklif edirsiniz?

– Biz müvafiq kanallar vasitəsilə fikrimizi bildirmişik. Mən yalnız onu deyə bilərəm ki, təklif olunan müddəaların qanunda yer tapmaması şərti ilə, biz qarşılıqlı məqbul həllini tapmaq üçün Energetika Nazirliyi ilə müzakirələri davam etdirməyə hazırıq.

Siz Energetika Nazirliyinə öz mövqeyinizi çatdırmısınızmı?

– Bəli, mən bu gün səhər nazir Skurletis ilə görüşmüşəm.

Nazir necə reaksiya verdi?

– Nazirin mövqeyi qətidir. O inanır ki, dəyişikliklər yerli qaz bazarının müdafiəsi üçün zəruridir və həyata keçiriləcək, milli və Avropa qanunvericiliyinə tam uyğundur, həmçinin özəlləşdirmə prosesi ilə heç bir əlaqəsi yoxdur.

Siz onun mövqeyi ilə razısınızmı?

– Biz nazirin mövqeyinə hörmətlə yanaşırıq, amma onunla razı deyilik. Qazın nəqli tarifi istehlakçı üçün ümumi qiymətin yalnız minimal hissəsini təşkil edir. Hər MVt üçün nəzərdə tutulan 50 avrodan DESFA-nın payına ortalama 3.2 avro düşür ki, qalan hissəsini vergilər və təbii qazın qiyməti təşkil edir. Belə ki, hətta 68% artımla 3.2 avronun təsiri cüzidir. Lakin əslində, yalnız MVt üçün 1-1.5 avro artımından söhbət gedir. Hər bir halda, SOCAR burada güzəştə getməyə hazırdır. Lakin biz şirkətin dəyərinin 50% itirməsini sadəcə oturub izləyə bilmərik.

İcazə verin, qaldırılan hüquqi məsələləri mən şərh etməyim. SOCAR-ın burada öz mövqeyi var, həm spesifik suallarla bağlı, həm də Yunanıstanda ümumi enerji tənzimləyici rejiminin fəaliyyəti ilə bağlı. Mən yalnız onu demək istəyirəm ki, SOCAR xarici investor kimi, davamlılıq, tənzimləyici orqanın müstəqilliyini və ədalətli münasibətini gözləyir. DESFA-nın şəbəkəsini genişləndirmək üçün müəyyən mənfəətə ehtiyacı var ki, bu da hazırda bahalı dizel və mazut kimi yanacaqdan asılı olan istehlakçılara qazın çatdırılmasına kömək edəcək. DESFA pulsuz qalıb inkişaf edə bilməyəcəyi təqdirdə, Yunanıstanın qaz bazarının və istehlakçılarının maraqları necə müdafiə olunacaq?!

O ki qaldı məsələnin özəlləşdirmə prosesi ilə əlaqəsinə, təəssüf ki, əlaqə çox aşkar və möhkəmdir. Biz bundan əvvəl tender təklif etdiyimiz şirkətin dəyəri indi süni şəkildə və qanunvericiliyə dəyişiklik edilərək yarıya qədər azalacaq.

Mən belə başa düşürəm ki, prosesdə üçüncü tərəf investor da iştirak edir, onun bu məsələlərə reaksiyası nədir?

– Maraqlı tərəflərin sayı birdən çoxdur. Bizim onlarla mövqeyimiz üst-üstə düşür. Tender proseduru zamanı təklif olunan qiymət yeni şəraitdə iqtisadi məna kəsb etmir.

Növbəti addımınız nə olacaq?

– Biz özəlləşdirməni başa çatdırmaq istəyirik. Biz burada biznesi anlayırıq, insanları bəyənirik, şirkəti bəyənirik. Amma biz bunu hər hansı bir şərtlərlə etməyə hazır deyilik. Biz dialoq üçün və qarşılıqlı həll yolunu tapmaq üçün lazım olan texniki ekspertiza təqdim etməyə hazırıq. Lakin, bizim mövqeyimiz dinlənilməli və nəzərdən qaçırılmamalıdır.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Gürcüstandakı “Gülen məktəbləri” də hədəfə gəldi

Loading...
%d bloqqer bunu bəyənir: